Şərab kimi Haram əşyaları satan super marketlərdə işləməyin hökmü nədir?


Rəhbər bu suala ki, donuz əti konserva fabrikində və gecə klublarında və fəsad mərkəzlərində işləmək və ondan gələn gəlirin hökmü barədə suala cavabında buyurmuşlar:
Donuz əti konserva fabrikində və gecə klublarında və fəsad mərkəzlərində və bu kimi Haram işlərdə işləmək cayiz deyildir. (İcazə verilmir) və onlardan gələn gəlir haramdır və insan o işlərin qarşılığında aldığı maaşın maliki hesab edilmir.[1] Və [2]
Həmçinin Ayətullah ul üzma Xamneyi şərab və donuz əti kimi nəcis sayıan əşyaları satmağa olan suala cavabında buyurmuşlar:
Alkollu məst edici şərabların alışı və satışı, haram yeməkləri bişirmək, satmaq və o yerlərdə işləmək Şəri nöqteyi nəzərdən haramdır. Buna baxmayaraq ki, İnsan sərmayədə şərik olsun və ya gündəlik işçi sayılsın və həmçinin buna baxmayaraq ki, ancaq haram mallar şərab kimi satılsın və ya halal mallarla qarışıq satılsın. Və həmçinin buna baxmayaraq ki, insan işinin müqabilində əmək haqqı alsın və ya pulsuz işləsin. Fərqi yoxdur ki, iş sahibkarı müsəlman olsun ya qeyri müsəlman, müsəlmana satılsın və ya qeyri müsəlmana, Ümumiyyətlə hər müsəlmana vacibdir ki, o dəstə yeməklərdən ki yeməkləri haramdır çəkinsin və onun alqı satqısından və həmçinin düzəltməkdən ictinab etsin. Və həmçinin məst edici alkollu şərablar yolu ilə mənfəət kəsb etməkdən, içməkdən, almaqdan, satmaqdan, düzətməkdən özünü saxlasın.[3]
Nəticə budur ki, tərkibində şərab olan yeməklərin alqı və satqısı və hazırlanması və ümumi şəkildə bu növ restoranların aşpazxanasında işləmək haramdər və cayiz deyildir.
Bu mövzu barədə daha ətraflı məlumat əldə etmək istəyirsinizsə, haram mənfəətlər, və nəcis əşyaların alqı və satqısı bölməsinə müraciət edin.[4]

[1] - Tovzihul məsail, (İmam Xumeynin haşiyələri ilə), cild 2, səh 956, Əcvibətul İstiftaat, (fars dilində), səh 239, sual: 1088. Həmçini baxın sual: 1095, səh 242 və sual: 1096, səh 243
[2] - 519 cu sualdan iqtibas (seçmə), (sayt: 14048), (Haram işlər)
[3] - Tovzihul məsail, (İmam Xumeynin haşiyələri ilə), cild 2, səh 958, Əcvibətul İstiftaat, Ayətullah ul üzma Xamneyi, səh 259 və 260
[4] - Tovzihul məsail, (İmam Xumeynin haşiyələri ilə), cild 2, səh 955- 960, Əcvibətul İstiftaat, Ayətullah ul üzma Xamneyi, səh 257 və 263


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter