Qadınlar cümə namazına getməlidirmi?
Cümə surəsinin 9-10-cu ayələrində deyilir: “Ey iman gətirənlər! Cümə günü namaza çağıran azan oxunan zaman, Allahı anmağa tələsin, alış-veriş işlərini qoyun bir yana. Bunun sizə xeyrini bilsəydiniz. Elə ki, bitirdiniz namazı, dağılışın yer üzünə. Allahın lütfündən pay diləyin. Allahı çox anın ki, bəlkə uğura uğrayasız”. Göründüyü kimi, xitab kişilərə yox, bütün möminlərədir. Qadınların bu namazda iştirakını çətinləşdirən üzrlü səbəblər ola bilər. Amma qadınların cümə namazına getməməsini prinsip halına gətirmək yanlışdır.