Quranda göz dəyməsinin olduğu təsdiq edilirmi?
Bəli. Qələm surəsinin 51-ci ayəsində deyilir: “Quran eşidən zaman sənə baxarlar və baxışlarıyla az qalırlar səni vurub yıxalar”.
Ayədən göründüyü kimi, burada gözün nəzər deyilən mənfi təsirindən söz açılır. O da anlaşılır ki, təkcə maddi olanlar yox, ruhi üstünlüklər də neqativ təsirli həsədə – göz dəyməsinə səbəb ola bilər.