Şəhid Mütəhhərinin baxışında orucluğun mənəvi cəhəti necə tanıtdırılır?
Ustad Şəhid Mütəhhəri Ramazanın orucluğu haqda belə buyurur:
Ramazan ayının praqramı xüsusən insan düzəltmək üçündür. Yəni ramazan ayının orucluğu bu məqsədə çatmaq istəyir ki, eybli insanlar (özlərini tanımaqla) eyblərini aradan qaldırsınlar və sağlam insanlara çevrilsinlər, və sağlam insanlar isə özlərini kamilliyə yetişdirsinlər.
Ramazan ayının praqramı nəfsi paklamaq üçündür, eybləri təmizləyib naqislikləri özündə uzaqlaşmaqdır. Ramazan ayı insanın əqli, imanı və iradəni nəfsinə hakim etməsidir.
Ramazan dua praqramıdır, haqqa itaət və bəndəlik etməkdir, Allaha tərəf uçuşdur, ruhu incələşdirməkdir, ruhu ucaltmaqdır.
Əgər qərar olmuş ola ki, ramazan ayı gələ və insan otuz gün ac qala, sussuz qala, yuxusuzluq çəkə, məsələn gec yata, eləcə də o məclis və bu məclislərə gedə və sonra Fitr bayramı gələ və axrıncı ramazan gününə qədər özündə fərqi hiss etməyə, belə bir orucun insan üçün heç bir faydası yoxdur.