Hansı qadınlara oruc tutmaq vacib deyildir?


O dəstə qadınlara ki, oruc tutmaq vacib deyildir, ibarətdirlər:

A) Hamilə qadın, (bir qadın ki, uşağı dünyaya gətirməsi yaxın zamandadır, və oruc tutması hamiləliyi və özü üçün zərərlidir, oruc tutmaq ona vacib deyildir, və gərək hər günü üçün bir miqdar ərzaq kasıba verə, yəni buğda və ya arpadan ərzaq kasıb üçün oruc tuta bilmədiyinin əvəzi olaraq verməlidir. (Bunu da qeyd edək: Oruc tutmadığı günlərin qəzası da öhdəsinədir).

B) Süd verən qadın, ( o qadın ki, uşağa süd verir , südü də azdır, istər süd verməsi ana olması üçün olsun, istər dayə olmuş olsun, istərsə də heç bir haqq tələb etmədən, Əgər oruc tutması süd verdiyi uşağa zərər yetirərsə, oruc tutmaq ona vacib deyildir. və gərək hər günü üçün bir miqdar ərzaq kasıba verə, yəni buğda və ya arpadan ərzaq kasıb üçün oruc tuta bilmədiyinin əvəzi olaraq verməlidir. (Bunu da qeyd edək: Oruc tutmadığı günlərin qəzası da öhdəsinədir).
Amma əgər uşaq üçün süd verən pulsuz xanım tapılsa, uşağın anası ehtiyata görə gərək dayiə uşağı versin özü oruc tutsun. .....

c) Qoca qadın: hər bir qadın ki, qocalıq üzündən oruc tuta bilmir, ya da oruc tutması onun üçün çətindir, oruc tutmaq ona vacib deyildir, ikinci halda (çətinlik üzündən oruc tuta bilməyən xanım) gərək hər gün üçün bir miqdar buğda və arpadan ərzaq kasıb üçün, ortuc tuta bilmədiyi səbəbindən versin.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter