Ramazan ayında orucluqdan faydalanmaq üçün hansı tövsiyələr olunur?


Ramazan ayı, oruc tutan mömin şəxslər üçün çox dəyərəli Allahın dəvət etdiyi qonaqlıq, bərəkət və rəhmət qazanmaq ayıdır. Bu aydan yaxşı faydalanmaq üçün İslam təlimlərində tövsiyələr gəlmişdir. Ibarətdirlər:
1-Hər müsəlman şəxsə tövsiyə olunur ki, bu ayda dini elm və mərifətini artırmaqda ciddiliyi daha da artırsın. Çünki elm nə qədər çox olsa o qədər bəndəlikdə qəflətdən amanda qalınar. Eləcə də nə qədər bəndəlikdə mərifət çoxalsa bəşərin ibadət etməyə meyli daha da çox olar və etdikləri dualarda həqiqi xeyrin nə olduğunu düşünərək etmiş olduğunu başa düşülər.
2-İkinci tövsiyə: Bu ayda başqa aylara nisbətən ibadət və duaları çoxaltmaq, Bu ayda ilin başqa aylarında edilən vacib və müstəhəb əməllərdən başqa, Allahın razılığını qazandıran əməllər gəlmişdir. Bu ayda tövsiyə olunur Oruclu olmaqdan əlavə çoxlu Quran oxunsun, sifariş olunmuş dualar oxunsun misal olaraq: Cövşəni kəbir, Əbu Həmzə Sumali duasını oxumaq, Ehsan və infaq edib sədəqə çıxmaq və sair xeyrat işlərlə məşğul olmaq, İfrat vermək kimi çox savablı işlər görmək.

3-Üçüncü tösviyə: Yatıb dincəlməyə diqqət etməyin lazımlığı. Qeyd olunan iki sifarişdən əlavə bu tövsiyəyə də önəm vermək çox oruc tutan şəxs üçün çox dəyərli sifariş olaraq qəbul olunmalıdır.
Çünki: Qeyd olunan iki öncəki tövsiyələrin layiqli yerinə yetirilməsi üçün insanda iradə və güc lazımdır. Bu tövsiyə əməl olunmasa onların əldə etmək mümkün olayan həddə çatır.
Ramazan orucluğunun bərəkətindən yaxşı bəhrələnmək üçün olan başqa tövsiyələr:

1-Haramlardan çəkinmək, xüsusən də dil, göz və halal ruzilərə diqqət etmək lazımdır.

2-Neçə dəqiqəlik gecə-gündüz müddətində Quranın maariflərini oxuyub təfəkkür etmək,

3-Dua edəndə hansılarına daha gücün olmasına diqqət etmək,

4-Boş vaxtlarda zikr deməkdən uzaq qalmamaq, Misal üçün Əlhəmdulillah, Sübhanəllah, Əstəğfirullah, və sair.

5-Həmişə dəstəmazlı olmağa çalışmaq, Çünki bu ayda nəfəs çəkmək belə zikr hesab olunur. Zikrli olan halın üstünə paklıq olan dəstəmaz Allahın yanında rəhməti qazandıran amildir.

6-Gecə-gündüzləri imkan həddində ibadətlə keçirmək, Misal üçün gecə namazı qılmağa diqqət etmək,

7-Məscid, hüseyniyyələrdə Mövizə, dini maarifləndirmə və şəriət mərasimlərində iştirak etməyə diqqət etmək. Necə ki, böyük əhli-beyt alimləri belə mərasimlərdə iştirak edərək böyük nemətləri əldə etmişlər.

8-Ağır idman sisteminə yaxınlaşmamaq, yüngül idman praqramını bir aylıq həyata keçirmək, misal üçün gündəlik piyadə gəzmək,

9-Səhər və iftar zamanı çox yeməkdən uzaq durmaq, neçə dəfə yemək amma az yemək insanın bəndəlik üçün ruh və bədəninə zərbə vurmaz.

10-Yersiz vaxtını xərcləməkdən uzaq qalmaq, Allahın qonaqlığında onun zikrini ilə iradə və gücün xərclənməsi bərəkət və rəhməti amili olar.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter