Xəstə ziyarətində hansı vəzifələrə əməl olunmalıdır?
Xəstəlik elə bir şeydir ki, ona hamı düçar ola bilər. Xəstə olan hər bir insan həm cismi və həm də ruhi cəhətdən ehtiyaclı olar. Sağlamlığına qovuşmayınca cəmiyyətın faydalı bir üzvü ola bilməz. Hər kim xəstə mömini ziyarət edər, Allahı ziyarət etmiş olar. (Tebyan)
İslam məktəbində xəstə ziyarətinin xüsusi əhəmyiyəti vardır. Bu yaxşı əməl həmişə Allahın razılığına səbəb olmuşdur. Rabitələrin möhkəmlənməsində və qardaşlıq əlaqələrinin səmimi olmasına çox təsir qoyar.
İmam Sadiq (ə) buyurur: “Qiyamət günü mömin bəndə Allah dərgahına çağırılacaq və hesabı asan yerinə yetiriləcəkdir. Allah ona xitab edərək buyurar: “Ey mömin! Sənə nə mane olsun ki, Mən xəstə olan zaman ziyarətimə gələsən?”. O, deyir: “Sən mənim Pərvərdigarımsan, mən Sənin bəndənəm. Sən sağ və cavidansan, dərd və narahatalıq Sənə yetişmir”. Allah Təala buyurar: “O kəs ki, mömini ziyarət edər, Məni ziyarət etmiş kimidir. Filankəsin oğlunu tanıyırsan?”. Deyər: “Bəli”. Allah buyurar: “Sənə nə mane olsun ki, o, xəstə olan zaman ziyarət etməyəsən? Əgər onu ziyarət etsəydin, Məni onun yanında tapardın. Əgər Məndən hacətini yerinə yetirməsini istəsəydin, sənin üçün yerinə yetirərdim, onu rədd etməzdim””.
Həzrət Peyğəmbər (s) xəstə ziyarəti haqqında buyurur: “Hər kim xəstəni ziyarət edər, bir saat yanında əyləşər, Allah ona min il əməlin savabını verər ki, heç bir anında günah işlətməmişdir”.
İmam Sadiq (ə) buyurur: “Hər bir mömin öz mömin qardaşını xəstə olan zaman ziyarət edərsə, əgər səhər olsa 70 min mələk onu müşayiət edər, o zaman ki, xəstənin yanında əyləşər, İlahi rəhmət onu əhatə edər. O mələklərin hamısı axşama qədər onun üçün bağışlanma diləyərlər. Əgər axşam olarsa, həmin savab səhərə qədər davam edər”.
Ziyarət edənin vəzifəsi.
O kəs ki, xəstə ziyarətinə gedər, söz və rəftarı ilə həmin xəstənin sağalmasına təsir qoya bilər. Ziyarət edənin bəzi vəzifələri bunlardır:
1. Ürəyini almaq. Xəstənini yanında əyləşmək, halını soruşmaq dərdinə təskinlik verər. Həzrət Peyğəmbər (s) buyurur: “Xəstəni ziyarət edənin kamalı ondandır ki, əlini başına qoysun, gecə və gündüzünü necə keçirtdiyinə görə sual versin və halını soruşsun”.
2. Həmdərd olmaq. Həzrət Peyğəmbər (s) buyurur: “Həqiqətən, möminlər bir-birinə mehribanlıq və sevgidə bir bədən kimidirlər ki, o zaman ki, bir üzvü ağrıyarsa, qalan üzvləri qızdırmada və ayıq vaxtı onunla bir yerdə olar və həmdərdlik edər”.
3. Hədiyyə vermək. İmam Sadiqin (ə) ardıcıllarından biri deyir: “Biz onun xəstə yoldaşlarından birini ziyarət etməyə getmişdik, yolda Həzrətlə (ə) qarşılaşdıq, bizə buyurdu: “Hara gedirsiniz?”. Dedik: “Filankəsi ziyarət etməyə”. Buyurdu: “Dayanın”. Dayanan zaman buyurdu: “Bir qədər alma, armud və ya bir qədər ətir yanınızda vardırmı?”. Dedik: “Xeyr. Bunların heç birindən yanımızda yoxdur”. Buyurdu: “Məgər bilmirsiniz ki, xəstə, ona gətirilən şeylərə görə sevinər?””.
4. Dua. İslam dininin nəzərinə görə həkim və dərmanlar sadəcə bir vasitədir. Həqiqi şəfa verən Allahdır. İmam Kazım (ə) buyurur: “Nə zaman sizlərdən biri xəstə olsa, insanlara icazə verin ki, görməyə gəlsinlər. Çünki (ziyarət edənlərdən) elə bir insan yoxdur ki, Allah dərgahında (xəstə üçün) duası qəbul olmasın”.
İmam Sadiq (ə) buyurur: “Əlinizi xəstənin başına qoyub deyin: \"Bimilləhi və minəllah və iləllah və məşəallah və lə həvlə və lə quvvətə illə billəh\".
Sonra “Ayətül-kürsü”nü, “Həmd” surəsini, “Fələq”, “Nas”, “Tövhid” surələrini, “Yasin” surəsinin ilk on ayəsini oxuyursan və deyirsən: \"Əllahumməşfihi bişifətikə və dəvihi bidəvəikə və \'əfihi min bələikə\"
Sonra Muhəmməd (s) və Ali-Muhəmmədə (ə) xatir Allahdan duanın yerinə yetməsini istəyirsən”.
5. Xəstəni yedizdirmək. Xəstəlik səbəb olar ki, insan zəif düşsün. Əlini fəaliyyətdən və ruzidən kəsər. Bu zaman möminin vəzifəsidir ki, xəstəyə yemək aparsın və onu yanında yemək yeməkdən çəkinsin. Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim xəstəyə istədiyi kimi yemək yedizdirərsə, Allah behişt meyvələri ilə onu qarşılayar”.
Həzrət Peyğəmbər (s) buyurur ki, xəstənin yanında bir şey yeməkdən çəkinin, çünki bu iş ziyarət savabının aradan getməsinə səbəb olar.
6. Ziyarət zamanına riayət etmək. İstirahət etmək - xəstəyə lazım olan şeylərdəndir. Onun sağalmasına təsir edən amillərdəndir. Həzrət Peyğəmbər (s) buyurur ki, əgər xəstə ağırdırsa, gərək hər gün ziyarətinə gedəsən, əgər yüngül xəstədirsə, üç gündən bir. İmam Əli (ə) buyurur ki, hər kim xəstəni qısa müddətdə ziyarət edər, savabı daha çox olar. İmam (ə) buyurur: “Həqiqətən Allah dərgahında xəstəni ziyarət edənin savabı o zaman çox olar ki, yanında az vaxt əyləşsin”. Deyerler.org