Məhdi (ə) zühuru zamanı nemətlərin fəravanlığdan yazın?
Əhli-beyt (ə) davamçılarının təfəkkürü belədir ki, Həzrət Qaimin (ə.f) ədalətli hökumətinin tez bir zamanda qorulmasının intizarını çəkir. Bu, elə bir cəmiyyətdir ki, qasitinlərin (zalımlar), mariqinlərin (dindən çıxanlar), nakisinlərin (əhd-peymanını pozanlar) varlığından azad olacaqdır. Vahid və mömin bir cəmiyyət olacaq. (Tebyan)
Bu cəmiyyətin hər bir üzvü kamala çatar və sülh, səfa və səmimiyyət hər yeri bürüyər. Allah da Öz bərəkətini yerə nazil edər. Rəhməti və bərəkəti o qədər çox olar ki, cəmiyyətin bütün üzvlərinə çatar. Nəticədə bütün giriftarlıqlar, qəhətlik və aclıqlar sona çatar.
Çünki bütün bədbəxtliklər, giriftarlıqlar, hətta bəlaların nazil olması bəndələrin itaətsizliyinə görə olur. Ona görə də bir cəmiyyətin vəziyyəti həmin cəmiyyətin üzvlərinin rəftarından çox asılıdır. Bu, Allahın dəyişməz qanunudur.
“İnsan üçün (onun əməllərini yazan Rəqib və Ətid adlı iki mələkdən başqa) onun önündə və arxasında (mələklərdən olan) nəzarətçilər vardır ki, Allahın əmri ilə daim onu qoruyurlar. Həqiqətən Allah heç bir dəstə üçün (mövcud) olanı (nemət və firavanlığı, yaxud bəla və çətinliyi) onlar özlərində olanı (iman və küfrü, yaxud itaət və fasiqliyi) dəyişdirməyincə, dəyişdirmir. Allah hər hansı bir dəstə üçün pislik (və əzab) istəyəndə, onun qarşısı əsla alınmaz və onlar üçün Ondan başqa heç bir yardımçı və başçı yoxdur”. (“Rəd” 11).
Həzrət Peyğəmbər (s) buyurur: “Məhdi (ə.f) mənim itrətimdən və Əhli-beytimdəndir. Axəril-zamanda qiyam edər, səma onun bərəkətinə görə yağış göndərər. Yer öz toxumlarını cücərdər. Yeri ədalətə bürüyər”.
Həzrət Peyğəmbər (s) buyurur: “Məhdi (ə.f) mənim ümmətimdən olacaqdır. Onun əsr və zamanında ümmətim İlahi nemətdən bəhrələnəcəkdir. Allah davamlı olaraq göydən yağış endirəcəkdir. Yer heç bir cücərənini qəlbində saxlamayacaqdır”.
İmam Baqir (ə) buyurur: “Dünyanın bütün mal və xəzinələri və həmçinin yerdə gizli olan və aşkar olan xəzinələr Məhdinin (ə.f) yanında toplaşar. Bu zaman o Həzrət insanlara buyurar: “Gəlin, bunlar o şeylərdir ki, onu əldə etmək üçün qohumlarınızdan ayrıldınız, qan tökdünüz, haram işlər gördünüz””.
Qeyd etmək lazımdır ki, Həzrət Məhdi (ə.f) hökuməti aqil, alim və abid bir hökumət olacaqdır. Bu hökumətdə yaşayan hər kəs nemətlərdən bəhrələnəcək, ancaq israf etməyəcəkdir. İnsanların halı elə olacaqdır ki, nemətin bolluğuna baxmayaraq, heç bir zaman üsyan və tüğyan etməyəcəklər. Bir tərəfdən İlahi rəhmət və o biri tərəfdən insanların yer üzündəki fəaliyyəti onları vahid tam edəcəkdir. Yəni insanlar əgər təqva, iman əhli olsalar Allah da yerdən və göydən onlara nemət yağdırar. Ancaq əgər insanlar əksinə əməl etsələr nəticəsi də əksinə olar.
Quran buyurur: “Əgər şəhər və kəndlərin əhalisi iman gətirsəydilər və təqvalı olsaydılar, şübhəsiz göydən və yerdən onların üzünə bərəkətlər(in qapılarını) açardıq”. (“Əraf” 96).
Həzrət Məhdi (ə.f) hökumətində insanların arasında elm, ədalət, haqq, iman, təvqa inkişaf edəcəkdir. Allah da bərəkətini artıracaqdır. O yerə qədər ki, hər kəs ondan bəhrələnəcəkdir və ondan heç kəs məhrum olmayacaqdır. Yerin cücərtdiyi hər şey keyfiyyət baxımından ən yüksək dərəcədə olacaqdır. Yer cücərdəcək və göy isə yağış endirəcəkdir. İnsanlar isə öz işlərində daha agah və elmli, təqvalı olacaqlar. Hər kəs ondan gözəl şəkildə bəhrələnəcəkdir. Deyerler.org