Özbaşına buraxılmış insanların müsibəti nələr olar?


“Nəhcül-bəlağə”nin 17-ci xütbəsində ən mənfur insanlar o kəslər hesab edilir ki, Allah onları özbaşına buraxmışdır. (Tebyan)
Bəs özü başına buraxılmaq nə deməkdir?
O insan ki, özbaşına buraxılar, yəni öz təbii və heyvani tələsində əsir olar. Bu yolda addım atar və həqiqi mənliyindən uzaqlaşar. Yəni aqibətini bada verər və özbaşına buraxılmış olar.
Özbaşına buraxılmış insanın başına gələn müsibətlər:
1. Pulpərəstlik.
Dünya sərvəti insana o qədər lazımdır ki, onunla həyat ehtiyaclarını təmin edə bilsin. Lakin insan həddən artıq sərvət və pul eşqində olarsa, mənliyini unudar, hədəfini unudar, Allahını unudar. Bu insan pula və sərvətə pərəstiş edər. Həzrət Peyğəmbər (s) buyurur: “Pul, qızıl və gümüş sizdən əvvəl olanları da həlak etmişdir, sizi də həlak edər”.
2. Həqiqi Məşuqdan məhrum olmaq.
Özbaşına buraxılmış insan İlahi rəhmətdən uzaq olar. Salim ağla, fəal vicdana malik olmaz. Ona görə də Allahın Camal və Cəlal sifətlərindən qafil olar və həqiqi Məşuqunu görməz.
3. İstedadlar ölər.
Bu cür insanların istedadları ölmüş olar və həyatda heç bir hədəfə malik olmazlar.
4. Daxili təzad.
Özbaşına buraxılmış insan əgər az da olsa ayıq insandırsa, daxilində həmişə təzad olar, mübarizə olar. İmam Sadiq (ə) buyurur: “Hər kimi xudbinlik əhatə etsə, həlak edər”.
İmam Baqir (ə) buyurur: “Allah Təala mələklərdən birinə yaradılış əmrini tapşırır və o, yeddi səmanı, yeddi yeri və başqa şeyləri xəlq etdi və görəndə ki, onların hamısı onun mütisi oldular, lovğalanır və deyir: “Mənim kimi kim var?”. Allah Təala bir barmaq qədər atəşi yerə göndərir və bu mələk xəlq etdiyi bütün bu şeylərlə bir yerdə həmin atəşə məğlub olur. Həmin atəş parçası təkəbbürə görə hamını öz kamına alır, o zamana qədər ki, ona çatır”.
Hər kim təkamülü dərk etməz, ona görə uçmağa hazır olmaz. Öz təbii mühasirəsində həlak olar. Deyerler.org


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter