İmam Zamanın (ə) və hökumətinin xüsusiyyətləri nədir ki, bəşər quruluşunda və aləmdə nəzmliliyi yaradan amil kimi tanıtdırılır?


Sualı başqa cürə qeyd olunasaydı daha uyğun olar ki, Aya İmam Zamanın (ə) müqəddəs varlığı ilə Allahın rəhmət və bərəkətləri aləm və bəşər yaşayışına aidmi olacaqdır? Şübhənin cavabında belə cavab veririk ki, İmam Zamanın (ə) müqəddəs varlığı ilahi rəhmət bərətlərinin nazil olma səbəbidir, eləcə də o həzrətin qeybə çəkilməsi ilahi yardımların kəsilməsinə səbəb ola bilməz. Çünki İmamın varlığı aləmin varlığının səbəbidir və kimlərinsə həyatında xüsusi təsirləri isə onların layiqliliği üzündən baş verir. Necə ki, İmam Zamanın (ə) qeyd olunmuş məktublarında belə gəlmişdir: \"Camaat mənim varlığımdan istifadə edirlər necə ki, günəşin buludlar arxasında olduğu zaman ondan xeyirlər yenə də gəlməkdə olur. Mən yer üzündə bəşərin rahatlıq səbəbiyəm. necə ki, ulduzlar göz aləmində yerlərşən məxluqların amanlıq səbəbdirlər\".
Amma sualın cavabı ki, o həzrət nəzm-intizam yaradacaq! Cavabında deyirik: Zühur zamanında İmam varlığının üzə çıxması və yeganə hökumət qurması xüsusi özəlliklərə sahibdir. İmam Zamanın (ə) vahid dövlətinin bəzi xüsusiyyətləri:

1-Vahid dövlətin işçiləri və xidmətçilərinin, İslam ümmətinin seçilmiş övliya, saleh əməlli insanlardan və dəyər tanıyan insalardan olması, Bu haqda İmam Sadiq (ə) buyurur: \"Ali Məhəmmədin qiyam edəni zühur edən zaman Allahın əmri ilə Höccət 17 nəfəri Kəbənin arxasında dirildəcək ki, ibarətdirlər: Musa (ə) tayfasından, onlar ki, haqla hökm edib ədalətlə rəftar etmişlər. 7 nəfər Əshabi Kəhfdən, Yuşə Musanın Vəsisi, Ali Fironun möminini, Səlman Farsini, Əba Dücanə və Malik Əştəri\". Bu məzmunda başqa rəvayətlərdə dirildiləcək şəxslərin sayını fərqli sayda demək ələ gətirmək mümkündür.
Diqqət: Bu hədislərdən istifadə olunur ki, həzrətin hökumətinin çətinlikləri o kəslərin öhdəsinədir ki, dəfələrlə çətinliklərdən təcrübə əldə ediblər, və başıuca Əhli-Beyt (ə) tərəfdarı olduqlarını sübut etmişlər. Əsası budur ki, İmamın hökumətinin ən gözə çarpan şəxs İsa (ə)-ın o həzrətin yanında olmasıdır ki, ulul-əzm peyğəmbərlərdəndir.

2-Bəşər o həzrətin hökuməti zamanı Əxlaq və mənəvi məsələlərdə gözəçarpan irəliləyişlər əldə edəcək. İmam Sadiq (ə) buyurur: Bizim qaimimiz zühur edən zamanda, insanlar gecəni yatmış olarlar nadanlıq, qorxu və paxıllıq xüsusiyyətlərinə malik olduqları halda, amma o həzrətin hökumətinin dərkində səhəri dərk edərlər, ən şücaətli, yüksək bilikli və kərəmlilikdə son həddə çatdıqları halda, belə böyük xüsusiyyətləri əldə edəndən sonra İmam Zamanın (ə) əmrindən üz çevirməz. eləcə də Əli (ə) buyurur: Bizim qaimimiz zühur edən zaman Allah qullarının kinələri biri-birilərinin qəlbindən məhv olub gedər\". İmam Baqir (ə) buyurur: Bizim qaimimiz zühur edən zaman əllərini Allah bəndələrinin başına qoyar ağıllarını cəmləşdirib (bu mənada olar ki, düzgün şeyləri düşünməyə kömək edər) eləcə də əxlaqi üstünlüklərini kamilləşdirər.

3-İmamın hökumətində ədalət əsaslı İmaməti hərcəhətli əmin-amanlığa sahib olacaq. Peyğəmbər (s) buyurur: \"... Yer üzünü ədalətlə dolduracaq o həddə ki, camaat daxili fitri tələblərinə üz gətirəcəklər, haqsız qanlar tökülməz və nə də yersiz əmin-amanlıqda olanlar rahatsız olmayacaqlar\".

4-İmam Zamanın (ə) zühur zamanı yer üzünün fəqirlik çətinliyi kökündən qazılacaq. İmam Sadiq (ə) buyurur: \"... Yer bütün xəzinələrini üzə çıxararaq aşkar edəcək. elə ki, bəşər onu öz gözü ilə görəcək, və varlılar zəkatlarını vermək üçün ehtiyaclılar gəzəcəklər ki, versinlər, amma heç kasıb tapılmayacaq. İslam ümməti Allahın kömək və inayətlərindən, başqalarından ehtiyacsız olacaqlar\".

5-İmamın qəzavəti Davud (ə)-ın hökm etməsi kimi olacaq. (necə ki, Davudun ümməti onun sözünü insaflı baxış olaraq qəbul edirdilər). İmam Sadiq (ə) buyurur: \"Dünya sona çatmaq, o zaman kimi ki, Əhli-Beytən olan bir kişi zühur edəcək və Davud (ə) sünnəsi kimi qəzavət edərək camaatda şahidlər tələb etmədən\".

6-Tuğyanlar onun dövlətinə qarşı baş verməyəcək. İmam Baqir (ə) buyurur: \"Yer üzündə olan bütün məxluqlar İmam Zamanın (ə) ixlaslı köməkçilərinin ixtiyarında olarlar. Hətta yer üzünün vəhşi heyvanları, göz üzünün vəhşi quşları, bütün canlılar o həzrətin ixlaslı köməkçilərinin razılğını əldə etməyə çalışacaqlar, o həddə ki, yer üzünün bəzi dəstəsi başqasına mübahat edəcək ki, bu gün Zühur edənin (ə) dostları mənim üstümdən keçdi\". (Ağılsız olan varlıqlar da o həzrətin və tərəfdarlarına xidmət etməkdən zövq alacaqlar hədisin mənası belə ola bilər).

7-Məhdinin (ə) qoşunu güclü təşkil olunmuş ordu olacaqdır. İmam Sadiq (ə) buyurur: O zaman ki Lut (ə) dedi ey kaş qüdrətim olaydı, ya da möhkəm sığınacağım olaydı, Bu istəyi Məhdinin (ə) əldə edəcəyi istəkdən başqa bir şey deyildi, O bu istəyində Məhdinin (ə) ixlaslı dostlarının gücünün necəliyini tanıtdırdı. Çünki İmamın dostlarının qüdrəti 40 nəfər kişinin gücünə bərabər olacaqdır. Qılınclarını çəkməyəcəklər o zamana qədər ki, Allahın razılığı onda olsun\".
Bu yeddi xüsusiyyətlər ki, İmam Zamanın (ə) müqəddəs varlığının səmərələri və O həzrətin qoşunun xüsusiyyətlərindən bir neçə nümunə idi. Belə üstün xüsusiyyətlərə malik olan İmam və hökuməti aləmdə nəzm-intizamı qurmağa qadir olmayacaqdır! Yəni lazım olan qüvvələr və cəmiyyəti özünə cəzb edəcək xüsusiyyətləri bunu tələb edir ki, o həzrətin gəlişi və hökumətinin quruluşu dünyada əmin-amanlığı qurmaq üçün heç bir çətinliyi olmayacağından xəbər verir.
Əlavə mütaliə üçün ərəb dilinə bilənlərə mənbələr:
1-Səduq, Kəmalüddin və təmamünnemə, səh: 485,
2-Məclisinin Bihar əl-Ənvar hədis kitabı, c-52, səh: 345-346-337 və ...
3-Hürr Amili, İsbatül-Hidayə kitabı, c, 3, səh: 573, hədis: 7
4-Safi Gülpayqani, Müntəxəbül əsər, səh: 485,
5-Təbrisi, Nəcmuddin, Məhdi hökumətinə bir baxış, səh: 184, Vafi kitabından, c, 2 səh: 113,


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter