Asılı insanın xüsusiyyətləri nələrdir?


Allah hansı bəndəsini daha çox sevər? O bəndəni ki, gücsüz və acizdir, təkbaşına öz işlərini görə bilmir, başqalarına yük olur və yükünü başqalarının çiyninə qoyur, yoxsa o bəndəni ki, güclüdür və varlığı hamı üçün xeyir mənbəyidir? Özü inkişaf etdiyi kimi, başqalarının inkişafına da yardım edər? (Tebyan)
Bu iki bəndənin arasından kimi sevdiyini artıq təxmin etmisiniz. Əgər bir ölkənin insanlarının əksər hissəsi asılı və gücsüz olsa, həmin ölkənin başına nələr gələr? Belə bir ölkədə nə iqtisadi, nə ictimai və nə də mədəni tərəqqinin olması mümkün deyildir. Ona görə də bir cəmiyyətin tərəqqi etməsi üçün insanın kamala çatması çox mühümdür. Hər nə qədər bu insanların sayı çox olarsa, cəmiyyətə verdikləri xeyir də çox olar.
Asılılıq dedikdə pula, mala, sərvətə, məqama olan asılılıq nəzərdə tutulur. İnsan əgər asılı olarsa, bu şeyləri əldən verən zaman çox pərişan olar. Cismi və psixoloji sağlamlığını əldən verər. “(Bu,) əlinizdən çıxan şey üçün təəssüflənməməyiniz və sizə verilən şey üçün (yersiz) sevinməməyiniz üçün(dür)! Allah heç bir öyünən təkəbbürlünü sevmir”. (“Hədid” 23).
Asılı insan bir xəstəyə bənzəyir ki, hər kəsdən asılı vəziyyətdədir. Bu xəstəlik onu süqut etdirər. Quran kamil insanı azad hesab edir və o, əsir və asılı deyildir. Onu əldən verməsi üçün heç bir şeyi yoxdur. Qüdrət Sahibi olan Allah onu himayə edir.
Asılı olan insan başqalarından sevgi və məhəbbət görmək istəyər. Onsuz həyatını natamam hiss edər. Əslində ona görə başqalarından asılı olar ki, elə bilər başqaları olmasa, psixoloji balansını itirə bilər.
Asılı olmağın insana yaratdığı çətinlikdən biri də şəxsiyyət və mənliyini formalaşdıra bilməməsidir. Bu insan öz qüvvətli və zəif cəhətlərini yaxşı tanımır. Özü haqqında olan yanlış təsəvvürü qüdrətini məhv edir.
Asılı insanlar qərar çıxardan zaman gücsüz olarlar və istəyirlər ki, başqaları onun yerinə qərar çıxartsın. Məsuliyyət qəbul etmirlər və öz həyatlarında belə, iradə sahibi deyildirlər. Asılı insan başqalarına söykənər və fikir və düşüncələrindən istifadə etməzlər. Başqalarının rəftarını təqlid edir və onlara itaət edərlər. O, sarmaşığa bənzəyir ki, bir ağac tapıb ona sarıla bilsin. Bəzən ömürlərinin axırına qədər bu hal davam edir. O, başqasından asılı olmadan yaşaya bilmir və özünü rahat hiss etmir.
Bu cür insan məsuliyyət qəbul edə bilmir. Başqalarına qarşı müxalif olan zaman onu bəyan edə bilmir. Onun ləyaqət və dəyərini başqaları təyin edər. Yəni insan əgər başqası tərəfindən təriflənməsə, özünü həqir hiss edir. Bu insan öz qabuiliyyətini tanımır. Elə bilir ki, başqaları olmadan öz hədəfinə çata bilməz.
İnsanın bütün ruhi xəstəlikləri şirkdən qaynaqlanar və imanlı olan biri heç bir zaman pərişan və iztirab içində olmaz. Ruhi təkamül yolu onu tövhidə tərəf aparar. Bilir ki, insanın tək pənah yeri - Allahdır. İztirab - insanı asılı edə biləcək amillərdəndir. İnsan bu xəstəliyinin təsirindən başqasından asılı olar və bu yolla ictimai ehtiyacını təmin etməyə çalışar. İztirab səbəb olar ki, insan özünə etimad etməsin.
Ona görə də əgər hər birimiz Allahın sevimli bəndəsi olmaq istəyiriksə, gərək asılı olmayaq və kamil insan olmağa çalışaq. Kamil insan çünki asılı deyildir, azaddır. Allah da kamil və azad insanları sevər. Deyerler.org


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter