Hicabı qorumağın hikmətləri nələrdir?
Hicaba riayət etmək hər bir müsəlman qadının vəzifəsidir. Hicabı hifz etməyin bəzi hikmətləri vardır ki, onlara işarə edək:
1. Cəmiyyətin psixologiyası sağlam olar.
Əgər qadın öz hicabına riayət edərsə, cəmiyyətdə iffətli bir qadın kimi tanınar. Bəzi təhlükələrdən amanda qalar. Ona görə də hicab məhdudiyyət deyildir, bəlkə hifz olunma vasitəsidir. Qadın əgər hicabına riayət edərsə, cəmiyyətin psixologiyası sağlam olar. Bundan başqa, qadının özü də ruhi rahatlıq əldə edər. O xanım ki, hicabı olmadan evdən çıxar, pis nəzərlərdən amanda deyildir. Həmişə təşviş içində olar ki, tərbiyəsiz insanlar ona söz atmasın. Ona görə də davamlı olaraq əsəbləri gərgin olar.
2. Qadının şəxsiyyəti qorunar.
Əgər qadın hicabı olmadan cəmiyyətə çıxarsa, şəxsiyyətini təhlükə altına salar. Çünki bu halda çirkin nəzərlərin diqqətində olar və nalayiq sözlər eşidər.
Bəs hicab qadının xeyirinədir, yoxsa ziyanına? Məgər aydın deyil ki, hicabsızlıq qadının şəxsiyyətini nə qədər alçalda bilir? Ardınca qadının özü dəyişir və tərbiyə problemi yaşayır.
3. Ailənin abrı qorunar.
O qadın ki, münasib olmayan paltarla bayıra çıxar, qonşuları və ailəsi ona qarşı bədbin olar. Belə bir qadınla ailə qurmaq təhlükəli deyilmi? Ailəsi üçün abrı aradan aparmırmı? Hicaba riayət edərək, ailəsinin abrını təmin edə bilərdi. İnsanların dilinə düşməzdi və məzəmmət olunmazdı.
4. Ailə bağları möhkəm olar.
Münasib olmayan geyimlər və hicabsızlıq - ailə bağlarını zəiflədər. Çünki o zaman ki, qadın bu cür geyimlə bayıra çıxar, ərinin narazılığı ilə qarşılaşar. Onun bədbin olmasına səbəb olar. O biri tərəfdən isə iffətli bir kişi cəmiyyətdə bu cür qadınla rastlaşan zaman yolunu aza bilər.
5. Cəmiyyət hüzurlu olar.
Əgər hicabsızlıq çox olarsa, cəmiyyətdə hüzur olmaz. Geyimdə azad olmaq o yerə gəlib çatıbdır ki, cəmiyyət təhlükəsiz olmayıbdır. Dildə deyilən bu azadlıq əslində bir zindandır və çoxları ora həbs olunublar.
6. Əxlaqsızlığın qarşısını alar.
Hicabsızlıq nəticəsində cəmiyyətdə abırsızlıq artar. Hicabsız qadın istər-istəməz diqqət cəlb edir.
Ümid edirik ki, bir gün gələcək və əziz xanımlar hicabın hikmətini dərk edəcəklər. (Tebyan) Deyerler.org