İbadətdə ixlaslı olmaq üçün nə edək?
İbadətdə ixlas və qəlb hüzuruna malik olmaq - təkcə insanın öz səyi ilə hasil olan bir şey deyildir. Bəlkə Allahın xüsusi inayəti və tofiqi sayəsində mümkündür. İnsanın əxlaq müəllimi gərək Sübhan Allah olsun. Qəlb hüzuru və ixlas - elə bir tofiqatdır ki, Allah Təala tərəfindən insana əta olunar. (Tebyan)
Ona görə də o zamana qədər ki, insanın ürəyində bunun üçün ləyaqət zəminəsi olmazsa, həmin inayətdən məhrum olar. Ləyaqətsiz insan yanmış çıraq kimidir ki, daxilindəki şölə işıq saça bilmir.
Elə olur ki, bir insan 40 il alimlik edibdir, lakin anidən haqq yolundan azıbdır. Ona görə ki, oturub-durduğu yoldaşlarına və yediyinə nəzarət etməyibdir. Hədislər buyurur ki, bəzən bir haram tikə belə insanı yolundan azdıra bilir.
Bir nəfər İsfahanın böyük alimlərindən olan məhrum Ayətullah Seyyid Muhəmmədbaqir Dərəçeyini evinə dəvət edir. O, adətən heç kəsin evinə getmirdi. Lakin çox israr etdiyinə görə həmin şəxsin evinə gedir. Alim yeməkdən sonra öz evinə getmək istəyir, lakin ev sahibi tacir olduğu üçün, bir sənədi onun qarşısna qoyur ki, imzalasın.
Alim hiss edir ki, yediyi bu yeməkdə rüşvət payı vardır. Bu zaman üzünün rəngi dəyişir və titrəməyə başlayır. Ev sahibinə deyir ki, mən sənə nə etmişəm ki, bu zəhrimarı mənə yedizdirdin? Evdən çıxıb, yediyi yeməyi qusur. Sonra ağlayaraq deyir: “Mədəmdə qalan bir zərrə yeməyi nə edim?”.
Ona görə də müxlis insan gərək yediyi hər şeyə nəzarət etsin.
Quran riya ilə olan əməli batil hesab edir və buyurur: “Mallarını Allah yolunda xərcləyib, sonra etdikləri xərcin arxasınca minnət qoymayan və əziyyət etməyənlərin (dil yarası vurmayanların) Rəbbi yanında özlərinə layiq mükafatları vardır. (O dünyada da) onlar üçün nə bir qorxu var və nə də qəmgin olarlar”. (“Bəqərə” 262).
Əgər ibadətinizdə və ya xeyir əməlinizdə riya olarsa, batil olar. Hətta din alimləri deyir ki, əgər bir nəfər ibadət əhli olar və insanlar onun barəsində deyər ki, bu insan məscidə gedib-gələnlərdir, buna görə namazını məsciddə qılarsa, ibadəti batil olar.
Qüdsü hədisdə oxuyuruq ki, Allah Təala buyurur: “Mən yaxşıların şərikiyəm. Hər kəs əməlində başqasını Mənimlə şərik edər, Mən bütün əməlləri həmin şərikə tapşıraram. Bəzən insan 70 il ibadət edir, ancaq onunla bir yerdə riya və gizli şirk olduğu üçün Qiyamət günü anidən görəcəkdir ki, heç nəyi yoxdur. Zahiri gözəl və batini puç olan bir qoz ona nəsib olmuşdur”.
“Allah yanında ən böyük və ən yaxşı əməl - xalis niyyətdir”.
İxlas gərək Allah üçün olsun və o əməldə heç bir qürur və özünü nümayiş etdirmək olmasın. O zaman ki, insan bir əməli Allahın razılığını qazanmaq və eyni zamanda dünya mənfəətinə çatmaq üçün yerinə yetirər, bu əməl düzgün olsa da, lakin dünya mənəfəəti üçün olduğuna görə ən alçaq ibadət sayılar. Lakin əgər insan bir əməli yalnız Allahın razılığı üçün yerinə yetirərsə, Allah ona həm dünya və həm də axirət savabı verər. Birinci halda dünya mənfəəti olduğuna görə səviyyəsi aşağıdır, lakin ikinci halda məhz mənəvi və xalis niyyət daşıdığı üçün insana hər iki dünya mənfəəti gətirər və ali ibadət olar.
Misal üçün insan “Cəfər Təyyar” namazını həm maddi hacətinin yerinə yetməsi üçün də qıla bilər. Həm də məhz Allahın razılığını qazanmaq üçün də. Hər iki halda hacəti yerinə yetər, lakin ikinci halda ki, Allahdan hacət istəməz, Allah özü onun hacətini yerinə yetirər və savabı daha çox olar.
İnsan Allaha aiddir, ona görə də Allahdan qeyrisi ona hökm edə bilməz. Qüdsü hədisdə oxuyuruq: “Mən yerə və göyə sığmıram. Amma əgər Məni tapmaq istəyirsinizsə, möminin qəlbində axtarın. Bir çox qəlblər Sübhan Allahın məkanı olmaq yerinə, vəhşi bağa çevrilmişdir ki, qəlbin hər bir hissəsini başqası ələ keçirtmişdir”.
Böyük alimlərdən biri kinayə ilə deyir: “Qurani-Kərim, Peyğəmbər (s), bütün alimlər deyirlər ki, müşrik olmayın. Ancaq mən deyirəm ki, müşrik olun. Bu qəlb - Allahın yeridir. Əgər onu Allaha vermirsinizsə, heç olmasa ən azı bir hissəsini (müşrik kimi) Allah üçün saxlayın”.
Çox təəssüf ki, bu günün insanları elə hala gəlib çatıblar ki, ürəklərində Allahdan başqa hər şey vardır. Hər bir insan ürəyinin hər bir hissəsini bir şey üçün ayırmışdır. Lakin Sübhan Allah üçün yer qalmamışdır. Halbuki, bu ürəyin həqiqi sahibi – Uca Allahdır. Deyerler.org