Yalan danışmaq insanı münafiqliyə çəkər ziyanlar nələrdir?
Yalan danışmaq ən pis rəzil sifətlərdəndir. Yalan danışmaq insana çox sayda ziyan vurar. O cümlədən:
1. İmanı məhv edər.
İmam Baqir (ə) buyurur: “Həqiqətən, yalan imanın məhv olmasına səbəb olar”.
Əmirəl-möminin (ə) buyurur: “Yalandan uzaq olun, çünki imanı uzaqlaşdırar”.
“(Peyğəmbər bu kitabı yalandan Allaha nisbət vermir, yaxud mənaları başqalarından götürüb kəlmələri özü quraşdırmır, çünki Peyğəmbər yox) yalnız Allahın ayələrinə iman gətirməyənlər yalan uydurarlar və yalançı onlardır!”. (“Nəhl” 105).
2. İlahi hidayətdən məhrum olar.
Quran buyurur: “Əlbəttə, Allah yalançı, kafir və nankor kəsləri hidayət etməz”. (“Zumər” 3).
“Həqiqətən Allah israfçı və yalançını hidayət etmir (və Musa doğruçu olduğu təqdirdə siz israfçı və yalançısınız)”. (“Ğafir” 28).
Mehriban Allah hamının hidayəti üçün yollar qoymuşdur. Peyğəmbərlərini (ə) göndərmişdir, səma kitablarını nazil etmişdir. Ancaq sonrakı addımda o kəslər iman gətirir ki, ürəkləri hidayət nuruna tərəf cəlb olunur. Lakin yalan danışanlar günahın vasitəsilə ürək gözlərini kor ediblər. Bu zaman başqaları üçün şəfa mənbəyi olan Quran yalançılara ziyan vurar. “Biz, Qur’andan möminlər üçün (mənəvi və ictimai xəstəliklərə) şəfa və rəhmət olan şeyi nazil edirik və o, zalımlara (ruhi və ictimai) ziyandan başqa bir şey artırmır”. (“İsra” 82).
3. Küfr üçün zəminə hazırlayar.
Yalan küfr yaradar. Nə zaman ürək günahın təsirindən imanı rədd edər, yerini nifaq və küfr alar. Əgər bu günah davamlı olarsa ürəyin, bütün hər tərəfini qaraldar. Qara ürək isə tövhid nurunu qəbul etməyi əldən verər. Günahı davam etdirmək qəlbi qəsavətli edər. Qəlb qəsavəti isə insanın mahiyyətini dəyişər. Nə zaman insan mahiyyət baxımından heyvana çevrilər, əvvəlki halına qayıtması qeyri-mümkün olar. Lakin hər bir halda tövbə qapısı açıq olar.
Bir nəfər Peyğəmbərin (s) yanına gəlir və deyir: “Ya Rəsulallah! Cəhənnəm əhlinin işi nə olmuşdur?”. Həzrət (s) buyurur: “Yalan. O zaman ki, bəndə yalan deyər, fasiq və yolunu azmış olar. Nə zaman fasiq olsa, kafir olar. O zaman ki, kafir olar, atəşə daxil olar”.
4. Nifaq üçün şərait yaradar.
Əmirəl-möminin (ə) buyurur: “Yalan nifaqa səbəb olar”.
Həzrət Peyğəmbər (s) buyurur: “Yalan nifaq qapılarından biridir”.
Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: “Üç şey vardır ki, əgər hansısa insanda olsa, münafiq olar, hətta əgər oruc tutsa, namaz qılsa və güman etsə ki, müsəlmandır: onu əmin hesab edənə xəyanət edər, danışan zaman yalan deyər, nə zaman əhd bağlasa, onu sındırar”.
Quran buyurur: “Odur ki, Allaha verdikləri vədə xilaf çıxdıqlarına və daim yalan danışdıqlarına görə, Allah Onunla görüşəcəkləri günə (Qiyamət gününə) kimi onların qəlblərinə bir nifaq saldı”. (“Tövbə” 77).
Allah Təala bizi yalandan Özü hifz etsin. (Tebyan) Deyerler.org