Allaha görə dostluq və düşmənçilik etmək zəruri bir məsələdir?
İnsan Allaha görə dostluq və düşmənçilik etməlidir. Çünki bu zaman əməlin dəyərli olar və axirət əcrinə malik olar. İmam Sadiq (ə) buyurur: “İmanın möhkəm vasitəsi bunlardır: Allaha görə sevəsən və Allaha görə düşmən biləsən. Allaha görə əta edəsən və Allaha görə əsirgəyəsən”. (Tebyan)
Allah Təala bu dostluq və düşmənçilik üçün də hədd müəyyən etmişdir. İslam dini mötədil bir dindir. Hər bir sahəsində mötədilliyə riayət etmək - ən mühüm üsullarındandır. İfrat və təfrit etmək Siratül-müstəqim yolundan xaric olmaqdır. Bu üsul dostluq və düşmənçilikdə də özünü göstərir.
Həzrət Əli (ə) bir nəfəri görür ki, düşmənin əleyhinə elə çalışır ki, özünə ziyan vurur. Həzrət (ə) buyurur: “Sən o kəsə bənzəyirsən ki, nizəni öz bədəninə daxil edər ki, kənarında olan onu çıxartsın”.
Ona görə də bir müsəlmanın düşmənçiliyi də mötədil olmalıdır. İmam Əli (ə) buyurur:“Hər kim düşmənçilikdə həddini aşarsa, günahkardır və o kəs ki, düşmənçilikdə səhlənkarlıq edər - zalım olar. Hər kim səbəb olmadan düşmənçilik edər, təvqalı ola bilməz”.
İslam dini - məhəbbət dinidir. İnsanlarla dostluq etmək və mehriban olmaq daha çox tövsiyə olunur. Səyid ibni Yəsar deyir: “Altıncı İmam (ə) mənə buyurmuşdu ki, sevgisiz din yoxdur. Çünki Allah Təala buyurur: “De: “Əgər siz Allahı sevirsinizsə, mənim ardımcılım olun ki, Allah da sizi sevsin”””.
O din ki, sevgi və məhəbbət üzərində qurular, düşmənçiliyi tövsiyə edə bilərmi? Vəlid ibni Səbih deyir: “İmam Sadiqdən (ə) eşitmişəm ki, buyurub: “Peyğəmbər (s) buyurmuşdur: “Cəbrayil (ə) heç bir şeydə mənimlə əhd bağlamamışdı. İnsanlarla düşmənçilik barəsində əhd bağlamışdı””. Yəni, Cəbrayilin (ə) bu mövzudakı tövsiyəsi və qadağası başqa mövzulardan daha çox olmuşdur.
İnsanın düşmən olacağı ilk şəxs - nəfsidir. Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim insanlarla deyil, nəfsi ilə düşmənçilik edərsə, Allah ona Qiyamət gününün dəhşətindən aman verər”.
Özünlə düşmən olmaq o deməkdir ki, nəfsani istəklərinə qarşı çıxasan və Allaha çatasan. Allah bu düşmənçilik qarşılığında sənə dostluq əta edər. Ondan sonra isə Əhli-beytlə (ə) dost və düşmən olmaq meyarı gələr. Həzrət Peyğəmbər (s) səhabələrindən birinə buyurur: “Ey Allah bəndəsi! Allah yolunda sevgi və nifrətə malik ol, Allaha görə məhəbbət və düşmənçilik et. İlahi vilayətə çatmazsan, məgər onunla. Heç kim imanın dadını hiss etməz, məgər belə olarsa. Baxmayaraq ki, namaz və orucu çox olsa belə. İnsanların əksər dostluqları dünyaya görədir. Dünyaya xatir bir-biri ilə dost olarlar. Bu cür sevgi və nifrət onları Allah yolunda olan dostluq və sevgidən ehtiyacsiz etməz”. Həmin səhabə deyir: “Necə bilim ki, dostluğum və düşmənçiliyim Allah yolundadır? Allahın vəlisi kimdir ki, sevəm və düşməni kimdir ki, düşmən biləm?”. Peyğəmbər (s) Əliyə (ə) işarə edərək buyurur: “Onu görürsən?”. Deyir: “Bəli”. Buyurur: “O, Allahın vəlisidir. Ona görə onu sev və onun düşməni - Allahın düşmənidir. Ona görə də düşmənini düşmən bil. Dostunu dost bil, baxmayaraq ki, atanın və ya övladının qatili olsa belə. Düşmənini düşmən bil, əgər atan və ya övladın olsa belə”.
Həzrət Peyğəmbər (s) İmam Əliyə (ə) buyurur: “Ey Əli! Hər kim səni sevər və ölər - vəzifəsini yerinə yetirmiş olar. Hər kim səni sevər və hələ ölməmişdir, günəş batmamış və çıxmamış onun üçün ruzi və iman hasil olar”. Bəzi hədislərdə iman, nur adı ilə gəlmişdir.
Allah Təala bizləri dostluq və düşmənçilikdə imanlı olanlardan qərar versin. Deyerler.org