Əqsa məscidinin müsəlmanlar üçün əhəmiyyətinin dəlilləri nələrdir?


Büytül müqəddəs İslam dünyası və müsəlmanlar üçün böyük əhəmiyyətə malik bir məkandır. 4 dəlilə əsasən:

1-Fələstin bir torpaqdır ki, müsəlmanların qibləsi öncə oraya bağlı olmuşdur. Dünya üzrə də ikinci böyük məcsid olaraq və dəyərəli məkan olaraq tanıtdırılır (Kəbə evi və Peyğəmbər (s) məscidindən sonra ən önəməli yerdir). Eləcədə də İmam Əlinin (ə) hədisində gəlmişdir ki, Behiş saraylarından biri olan məscid hesab olunmalıdır. (Məscidul-Həram, Məscidun-Nəbi, Beytül müqəddəs və Kufə məscidi Allah dərgahında böyük dəyərə sahib olmuşdur və ona aid hökmlər fiqh kitabında başqa məscidlərdən fərqli bəyan olunur). Bu şəhər bütün üç böyük dinlər üçün (Yəhudiyyət, Xristianlıq və İslam ümməti üçün) böyük məqamlı məkan kimi qəbul olunur. İslam Peyğəmbəri (s) 13 il Məkkədə olan müddətdə və eləcə də 17 ay Mədinəyə hicrət edən zamanda müsəman ümmətinin ibadət qibləsi olmuşdur.

2-Əqsa məscidi müsəlmanlar üçün başqa cəhətdən də önəməli məkanlardan hesab olunur. O da İslam Peyğəmbərinin (ə) merac hadisəsinin burdan başlanması olmuşdur ki, Allah Taala Quranın Peyğəmbərin meracı haqda İsra surəsinin 1-ci ayəsində bu haqda məlumatlandırır. Bu məscid tarix boyu çoxlu peyğəmbərlərin (ə) tövhid çağırış mərkəzi olmuş və yeganə ALlaha pərəstiş üçün dəvət məkrəzi seçilmişdir. İmam SAdiq (ə) bu məscid haqda buyurur: \"Əqsa məscidi İSlam ümmətinin dəyərli məscidlərindən biridir, onda ibadət etmək böyük fəziləti əldə etməyə nail olmaqdır\".

3-Beytül müqəddəsdə Əqsa məscidindən əlavə 36 məscid də yerləşdirilmişdir. Bundan əlavə peyğəmbərin (s) dəyərli səhabələrindən və İSlam ümmətinin böyük sərkərdələrinin qəbri bu şəhər yerləşmişdir.

4-Hal Hazırda bu ölkədə olan böyük hadisələrin baş verməsinin qarşısını almaq cəhətindən müsəlmanların öhdəsinə vəzifələr düşür, ki, bu o deməkdir ki, bu şəhər dini cəhətindən əlavə müsəlman və İslam ümmətinin şəxsiyyətinin simvolu kimi dəyərləndirilə bilər. Ondan müdafiə edib Əqsa məscidini qorumaq təkALlahlıqla itaət edən hər bir şəxs üçün böyük təklifi və şəri borcu kimi sayılır.
Bu dörd səbəbə görə deyirik ki, Beytül müqəddəs və Əqsa məscidi ki onun daxilində yerləşir müsəlman ümməti üçün dini qeyrət və şəxsiyyət qorumaq simvolu olaraq böyük əhəmiyyətli bir məkan olaraq qəbul olunur.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter