Besətin gəlməsinin zərurətini əqli dəlillərini yazın?
Peyğəmbər (s) bəşəriyyətin hidayəti üçün nazil oldu. Bundan əlavə 4 dəlil gətirmək mümkündür ki, Besət məsələsi qaçılmaz və bəşərin tarixində zəruri bir hadisədir. Besətin zərurətliyinin əqli dəlilləri:
1-PEyğəmbərlərin seçilməsi bəşərin inkişafı üçün qaçılmaz bir hadisədir, çünki insanın varlığı iki cəhətlidir maddi və mənəvi, Dünya vasitələri ilə ən azı mənəvi məsələsi təmin etmək mümkün deyildir. Çünki Yaradan xaliq bilir ki, insanın xilqət hədəfinə çatmaq üçün nələrə ehtiyacı var, Peyğəmbər də mənəvi aləmlə rabitədə olduğu üçün bu ehtiyacı kamil şəkildə təmin edəndir.
2-Bəşərin ehtiyacları təmin etməkdə elminin naqis olması, Çünki maddi məsələrdə və mənəvi şübhələri cavablandırmaq tarix şahiddir ki, bəşər elmi məhduddur.
3-İnsan bacarığı cəmiyyət səadətini təmin etməkdə acizliyi aşkar bir məsələdir.
4-Təkvini və təşrii məsələlərin bir-birinə bağlı olması, Peyğəmbərlərin bunları uyğunlaşdırması üçün gəlməsi qaçılmaz bir məsələdir.