Peyğəmbərin (s) besəti haqda məlumat yazın?
Rəcəb ayının 27, (27 may 2014) il İslam Peyğəmbərinin (s) risalət məqamına çatdığı vaxtdır. Tarixə diqqət yetirdikdə hesablamaya görə miladi tarixlə Peyğəmbər (s) 610 ci ildə Allah tərəfindən Cəbaril vasitəsi ilə Ələq surəsinin 5 ayəsini oxumağa əmr olundu. Ki, insanın yaradılış mahiyyəti və onun böyük üstünlüyü haqda ki, onun oxuma xüsusiyyətidir, açıqlandı.
27 Rəcəb İslam ümmətinin böyük bayramlarından biri olaraq müsəlman təlimlərində qeyd olunmuşdur. bu gündə bir neçə əməlin edilməsi böyük dəyərə malikdir:
Məfatih dua kitabında məsumların rəvayətlərindən istifadə olunur ki, bu gündə 1-Qüsl etmək müstəhəb bir əməldir, 2-Bu gündə oruc tutmaq hədislərə əsasən 70 illik müstəhəb oruc həddində dəyərləndirilir. 3-Çoxlu salavat göndərmək, ki çoxdan məqsəd ən azı 87 dəfə Peyğəmbər (s) və ailəsinə salam göndərmək deyilir. 4-Peyğəmbər (s) və ƏLi (ə) ziyarətnaməsini oxumaq, ki məfatih dua kitabında bu dua qeyd olunmuşdur.
Eləcə də İmam Cavaddan (ə) nəql olunur ki, Bu günün gecəsi 12 rükət 2 rəkətli namaz qılmaq tövsiyə olunur, 7 dəfə axşamı həmd surəsini oxumaq, İxlas, fələq və Nas surəsini 4 dəfə oxuma və eləcə də -Kafirun, Qədr və Ayətəl Kürsini 1 dəfə oxumaq. oxumaq
Amma bir suala cavab verək ki, Peyğəmbərimizin besətinin hədəfləri nələrdən ibarətdir:
1-İlahi nişanələri bəşər üçün oxumaq, ilahi dəsturları oxumaqla Peyğəmbər (s) əql və düşüncələri oyadıb və eləcə də yatmış vicdanları düzgün yola hidayət etmək.
2-Kitab və hikməti öyrətmək, Faydalı məqsədləri elmləndirmək tanıtdırmaq,
3-İlahi nişanələri tanıtdırmaqla və elmli etməklə bəşəri tərbiyə etmək.