Hədislərə əsasən şeytanın hücumundan amanda qalan 6 dəstə kimlərdir?
Allaha, Peğəmbərə (s), Qiyamətə və mələklərə etiqad bəsləmək - imandır. İmanın məhsulu isə saleh əməl və gözəl əxlaqdır. Onun bərəkətinə görə əməllər qəbul edilər və günahlar bağışlanar. (Erfan)
Həzrət Peyğəmbər (s) imanın dəyəri haqqında buyurur: “Allah yanında imandan, layiqli əməldən və tərk edilməsi əmr edilən haramları tərk etməkdən sevimli heç bir şey yoxdur”.
İmam Sadiq (ə) möminin dəyəri haqqında buyurur: “Mömin, hörmət və ehtiram baxımından Kəbədən də əzimdir”.
Hədisdə oxuyuruq ki, Peyğəmbər (s) Kəbəyə nəzər salır və buyurur: “Xoş olsun bu evə, nə qədər əzəmətli və böyükdür. Allaha and olsun ki, möminin hörməti sənin hörmətindən böyükdür. Çünki Allah sənin üçün bir hörmət qərar vermişdir. Mömin üçün üç hörmət”.
Əmirəl-möminin (ə) buyurur: “İman - bir ağacdır ki, kökləri möhkəm qəlb inancı, gövdəsi təqva, nuru həya və meyvəsi səxavətdir”.
İman - ağır mənəvi bir yükdür ki, insanın həyat gəmisini dünyanın tufanlı və dalğalı dənizində, təhlükələr içərisindən nicat sahilinə çıxardar.
Təvəkkül.
Nicatverici gəminin yelkəni isə təvəkküldür. Quran və hədislər çətinlikləri həll etmək və həyatı asanlaşdırmaq üçün ona dəvət edir. Təvəkkül – Allah Təalanın istəklərinə təslim olmaq və Onun qüdrətinə yüz faiz etimad bəsləməkdir. İnsan o zaman ki, Allaha ciddi etimad edər, Rəbbi onu Öz vəkili qərar verər.
“Belə isə, onları əfv et, onlar üçün bağışlanmaq dilə və işlərdə onlarla məsləhətləş və qəti qərara gəldikdən sonra Allaha təvəkkül et ki, şübhəsiz, Allah təvəkkül edənləri sevir”. (“Ali-İmran” 159).
“Odur ki, onlardan üz döndər və Allaha təvəkkül et. Allahın işləri öhdəsinə götürməsi kifayətdir”. (“Nisa” 81).
İmam Sadiq (ə) buyurur: “İblis deyir: “Beş nəfər vardır ki, mən onlara hakim deyiləm. O kəs ki, sadiq niyyət ilə Allaha söykənər və bütün işlərində Allaha təvəkkül edər, gecə və gündüz təsbihi çox olar, mömin qardaşı üçün özü üçün bəyəndiyini bəyənər. Ona çatan müsibətə görə taqətsizlik etməz. O şeyi ki, Allah onun ruzisi etmişdir, razı olar””.
Həzrət Peyğəmbər (s) Cəbrayildən (ə) soruşur: “Allaha təvəkkül etmək nədir?”. Cəbrayil (ə) deyir: “Agah olmaq ki, məxluq ziyan və fayda vermir, əta etmək və almaq onun əlində deyildir. Bütün xəlqdən ümidsiz olmaq. Əgər bəndə bu cür olarsa, Allahdan başqası üçün çalışmaz. Heç kimə ümid bəsləməz. Allahdan başqa heç kəsdən qorxmaz. Allahdan başqa heç kəsə tamah etməz. Budur təvəkkül”. Deyerler.org