Sui-zənnin təsirləri və müalicəsinin yolları hansılardır?
Müsbət düşünmək - İslam dininin əxlaqi üsullarındandır. İslam dini buyurur ki, bir müsəlman nəinki yaxşı işlər görməli, həm də yaxşı düşünməyi də bacarmalıdır. İslam dini insanların haqqında pis düşünməyi bəyənmir. Hüsnü-zənnin əksi olan sui-zənn elə bir zəlzələdir ki, insanın həyatını viran edər. Sui-zənn - yalanın bir növüdür. Ona görə də Quran ayələri və hədislər sui-zəndən uzaq olmağı həmişə tövsiyə edir. (Tebyan)
Bəs hüsnü-zənn nədir?
Hüsnü-zənn odur ki, başqalarının işini bacardığın qədər təqdir edəsən, diqqət edəsən. Misal üçün əgər həyat yoldaşın əsəbləşibsə, deyəsən ki, yəqin ki, yorulmuşdur. Yəqin ki, işində və ya yolda hansı bir problem yaranmışdır.
Əmirəl-möminin (ə) buyurur: “Qardaşının rəftarını ən yaxşı şəklində həml et ki, (yaxşı tərəfə yoz ki) başqa yolları sənin üçün bağlasın”.
İmam Rza (ə) buyurur: “Allaha yaxşı güman bəslə, çünki Allah Təala buyurur: “Mən mömin bəndəmin gümanının yanındayam. Əgər onun Mənə gümanı yaxşı olarsa o gümana uyğun onunla rəftar edərəm. Əgər pis olsa, yenə də həmin gümana uyğun onunla rəftar edərəm””.
İmam Əli (ə) buyurur: “Hüsnü-zənn - insanın ən gözəl sifəti və ən zəngin İlahi nemətdir”.
Həzrət Peyğəmbər (s) buyurur: “And olsun o Allaha ki, Ondan başqa Məbud yoxdur. Nə zaman mömin bəndə Allaha hüsnü-zənn edər, Allah mömin bəndəsinin gümanının yanında olar. Çünki Allah kərimdir. Bütün yaxşılıqlar Onun əlindədir. Həya edər ki, mömin bəndəsi Ona hüsnü-zənn etsin və O, da bu gümanı nakam qoysun. Ona görə də Allaha hüsnü-zənn edin və Ona rəğbət bəsləyin”.
Hüsnü-zənnin təsirləri:
- İnsana ruhi rahatlıq verər.
- Başqaları ilə rabitə qurmaq asan olar.
- Başqalarının sevgisini cəlb edər...
Sui-zənnin təsirləri:
- İmanı fasid edər.
- Dini aradan aparar, ibadətdə fəsada səbəb olar.
- Həyatı titrəyər.
- Rahatlığı aradan verər.
- Başqalarına böhtan atar və günaha düçar olar.
- Həmişə qorxu içindədir.
- Həmişə fikirləşir ki, ona xəyanət edirlər.
- Başqalarının sevgisini əldən verər...
Sui-zənnin müalicəsi:
1. İmanı gücləndirmək.
2. Sui-zənnin dünya və axirət ziyanları haqqında düşünmək.
3. Başqalarına nəzarət etməkdən çəkinmək.
4. Bizimlə necə rəftar edilməsini seviriksə, başqaları ilə də o cür rəftar edək.
5. Başqalarının səhvlərindən ibrət götürmək.
6. Ağıllı insanlarla məsləhətləşmək və nəsihət almaq. Deyerler.org