Bəşər tərbiyəsində namazın təsirləri nələrdən ibarətdir?
İnsan tərbiyəsi bəşəriyyətin ən böyük məsələlərindən biridir. ki yaradan Allah onun düzgün tərbiyə olunması üçün çox saylı Peyğəmbərləri (s) davamlı olaraq insanların içindən seçdi və təlimləndirib hidayət etməyi onlar üçün öhdəliklər verdi. Peyğəmbərlərin (ə) ən önəmli tərbiyə metodlarından biri də insanları ibadət etməyə çağırmaq olmuşdur ki, ibadət etməyin formasından ən əsası namaz olmuşdur. Bunu bu qədər əhəmiyyət verilməsinin çox dəyərli formalı ibarət olduğuna görədir. Ki, İslam maariflərinə diqqət etdikdə görürük ki, insan və cəmiyyət tərbiyəsində namaz və xüsusi formada ibadət hamı üçün çox təsirli əmrlərdəndir. Namazın fərdi və ictimai tərbiyədə təsirləri ibarətdir:
1-Namaz bəşərin kamilləşməsinin bünövrəsi, hədəfi və ruhunun ən əsas ehtiyacıdır.
2-Namaz insanın günahlardan təmizlənməsinə və bağışlanmasına ən böyük pak edici əməldir,
3-Namaz gələcək günahlar üçün ən böyük qorucuyucu qaladır.
4-Namaz qəflətdən amanda qalmaq üçün ən böyük əməldir,
5-Namaz rəzilə sifətlərdən uzaq qalmağa xüsusilə ilə də təkəbbür və özünü bəyənməkdən uzaq qalmağa böyük köməkdir,
6-Namaz insani üstünlüklərin bəşərin varlığında dirçəlməsinə köməkdir,
7-Namaz başqa əməllərin dəyərləndirilməsinə əsas amildir,
8-Namaz nəzmli və diqqətli yaşamağa şərait yaradan amildir.