Bəyənilən və bəyənilməyən ümidsizlik hansilardir?


Çox sayda Quran ayələri və hədislər vardır ki, bizi Allaha qarşı ümidsiz olmaqdan çəkindirir. “De: “Ey Mənim (günah vasitəsi ilə) özlərinə zülm etməkdə həddi aşan bəndələrim, Allahın mərhəmətindən ümidinizi kəsməyin. Şübhəsiz, Allah (tövbə ilə) bütün günahları (hətta şirki) bağışlayır. Çünki bağışlayan və mehriban Odur!””. (“Zumər” 53).

Həzrət Peyğəmbər (s) buyurur: “Qiyamət günü Allah ümidsizləri elə məbus edəcəkdir ki, üzlərinin qarası ağından çox olacaqdır. Sonra deyiləcəkdir ki, bunlar o kəslərdir ki, Allah Təalanın rəhmətindən ümidsizdirlər”.

Ümidsizlik insanı hədəfdən saxlayar. İnsan hərəkətdən qalar və heç bir səy göstərməz. Quran ayələri və hədislər ümidsizliyi iki hissəyə bölür: bəyənilən və bəyənilməyən ümidsizliyə.



Bəyənilən ümidizlik.

Bəyənilən ümidsizlik - Allahdan qeyrisinə görə olan ümidsizlikdir. İnsan ancaq Allahı feyz mənbəyi bilməlidir. Ondan qeyrisinə qarşı ümidsiz olmalıdır. İnancı belə olar ki, əgər başqaları da bir iş görə bilirsə, bu, ancaq Allahın izni ilə olar.

İmam Sadiq (ə) buyurur: “Möminin izzət və şərəfi ondadır ki, başqalarından məyus olsun və insanların əlində olandan ümidini kəssin”.



Bəyənilməyən ümidsizlik.

Bəyənilməyən ümidsizlik isə Allaha olan ümidsizlikdir. O da iki yerə bölünür: Allahın əfvinə görə olan ümidsizlik. Kamala çatmağa görə olan ümidsizlik.

Birinci halda insan belə zənn edir ki, Allah onu bağışlamayacaqdır. Onun cəhənnəmə getməsi qətidir. İnsan çox sayda günah işlədərək, Allahdan ümidini kəsər və elə bilər ki, Allah onu bu qədər günahına görə bir daha bağışlamayacaqdır.

Hədislərimiz bizi həm ümidli olmağa və həm də qorxmağa dəvət edir. Lakin ifrat və təfrit etmək olmaz. Qorxu ona görədir ki, insan ibadətinə görə qürurlanmasın. Çünki qürur təhlükəli bir bəladır. Qürur, bir virus kimi abidi süst edər. Mane olar ki, keçmişdəki kimi Allaha ibadət etsin.

Ümid isə ona görədir ki, insan hər bir halda bilsin ki, Onun bəndəsidir. Hər bir rəhm edəndən Rəhimlidir. Əgər peşmandırsa, tövbə edər və keçmişini islah edər.

Ancaq ikinci halda Allah rəhmətindən məyus olmaq təkcə bağışlanmağa deyil, həm də tofiqə də şamil olar. Çünki İlahi fəzl olmadan insan inkişaf edə bilməz.

Əllamə Təbatəbai “Nur” surəsinin 21-ci ayəsinin təfsirində yazmışdır: “Əgər Allahın fəzli olmasaydı, sizlərdən heç kəs pak olmazdı. Bu, elə mənadır ki, ağıl da onu təsdiq edir. Xeyir və səadət ancaq Allah tərəfindəndir”.

Allah Təala buyurur: “Ey, bütün hökumətlər üzərində mütləq hakim! İstədiyin kəsə hökmdarlıq verir və istədiyin kəsdən hökmdarlığı alırsan, istədiyinə izzət verir və istədiyini xar edirsən! Xeyir(in həqiqəti) Sənin əlindədir. Doğrudan da Sən hər bir şeyə qadirsən”. (“Ali-İmran” 26).

“(Ey insan,) sənə yetişən hər hansı bir yaxşılıq Allah tərəfindəndir”. (“Nisa” 79).

Ona görə də əgər insan kamala çatmasına görə də ümidsiz olarsa, o kəslər kimi olar ki, Allahın rəhmətindən ümidsiz olublar. Çünki hər iki halda insan stimulunu əldən verər və hərəkət etmək istəməz. Bu, ümidsizliyin vurduğu ziyanlardandır. «Ey mənim oğlanlarım, gedin Yusufu və qardaşını axtarın və Allahın qurtuluş və mərhəmətindən naümid olmayın ki, Allahın mərhəmətindən kafirlərdən başqa heç kim naümid olmaz». (“Yusif” 87).

Ona görə də əgər Əbuzər və ya Səlman olmaq istəyiriksə, gərək təvəkkül və təvəssül edək və özümüzü həmin hədəfə yaxınlaşdıraq. (Tebyan) Deyerler.org


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter