İlahi tofiqata (köməklərə) çatmağın 4 yolu hansılardır?


İlahi tofiqat elə bir nemətdir ki, Allah bəzi bəndələrinə inayət edər. İnsan onun bərəkəti sayəsində mənəvi əməl meydanında dini hədləri aşmır, həqiqətdə ismət məqamına çatır. (Tebyan)
Lakin bunu bilmək lazımdır ki, bu bərəkət hər kəsə nəsib olmur. Bəlkə bunun üçün lazımlı tutum və şərait lazımdır. Allah bu ayələrdə tofiqatın amilinə işarə edərək buyurur: “Bizim yolumuzda (öz nəfsi ilə və Bizim düşmənimizlə) cihad edənlərə şübhəsiz, Öz (dərgahımızdakı məqama yetişmək) yollarımızı göstərərik və həqiqətən, Allah yaxşı iş görənlərlədir”. (“Ənkəbut” 69).
“Və kim Allaha iman gətirsə, Allah onun qəlbini (başqa mərifət və kamallara doğru) yönəldər və Allah hər şeyi biləndir”. (“Təğabun” 11).
“Əgər ona itaət etsəniz, doğru yolu taparsınız”. (“Nur” 54).
“Ey iman gətirənlər! Əgər Allaha (Onun peyğəmbərinə, dininə və kitabına) yardım etsəniz, Allah da (məqsədlərinizə çatmaqda) sizə yardım edər və qədəmlərinizi möhkəmləndirər”. (“Muhəmməd (s)” 7).
Allah tofiqat verdiyi Əshabi-kəhf haqqında buyurur: “Biz onların əhvalatını sənə haqq olaraq və doğru şəkildə söyləyirik: «Həqiqətən onlar özlərinin Rəbbinə iman gətirmiş və Bizim, hidayətlərini artırdığımız cavanlar idilər»”. (“Kəhf” 13).
“Onlar Allahı unutdular, Allah da onları unutdu”. (“Tövbə” 67).
İlahi tofiqi cəlb etməyin 4 yolu.

1. Tofiq əldə etmək üçün ibadət. Gərək Allahdan tofiqat istəyək. Allahın İlahi övliyalara nəsib etdiyi həmin tofiqdən biz də bəhrələnək. Dualarımızda Alahdan istəyək. “Cəfər Təyyar” namazından sonrakı duada oxuyuruq: “Allahım! Sənə təqva əhlinin hidayət və rəftar tofiqini istəyirəm”.
2. Ata və ananın duası. Ata və ananın duası - İlahi tofiq əldə etməkdə böyük təsirə malikdir. Çox sayda böyük alimlər məhz valideynlərin duasına görə bu tofiqə malik olmuşdular. Əllamə Məclisi kimi böyük alim də onlardan biridir.
3. Tofiqi cəlb etmək üçün çalışmaq. Dediyimiz kimi, tofiqi əldə etməyin yolu - Allahdan istəmək və dua etməkdir. Gərək səmimi qəlbdən dua edək və Allahdan bu ali məqsədə çatmaq üçün yardım istəyək. Bundan başqa, bu yolda səy etməyi də unutmayaq. İmam Rza (ə) buyurur: “O kəs ki, Allaha tofiqə malik olmaq üçün dua edər, ancaq çalışmaz, özünə məsxərə etmiş olar”.
4. Allahın nemətləri haqqında düşünmək. Allahın sonsuz nemətləri haqqında düşünmək - tofiqi cəlb etməyin mühüm yollarındandır. Əmirəl-möminin (ə) buyurur: “O kəs ki, İlahi nemət haqqında düşünər, müvəffəq olar”. Çünki insan bu yolla Allahın sevgi və dostluğunu ürəyində cəlb edər. O zaman ki, İlahi sevgi insanın ürəyində meyvə verdi, o, Allaha tərəf cəzb olunar. Tofiq - Allaha cəzb olmağın səmərələrindəndir.
Allah Təala bizləri tofiq əldə etmişlərdən qərar versin. Deyerler.org


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter