Camaatla rabitəni gücləndirən amillər nələrdir?
Allah Taala insanın təkcə yaşamaq üçün yaratmamışdır. Bəşər yarandı ki, cəmiyyət daxilində inkişaf etsin və inkişaf etdirsin. Xoşbəxt insan o şəxsdir ki, cəmiyyət daxildinə saf qalsın və başqalarını da paklığa dəvət etsin. Camaat içində inkişaf etmək və düzgün yola hidayət etdirmək üçün bəzi işləri hamı görməlidir. İslam maariflərinə baxdıqda görürük ki, Alimlərin camaatla get-gəlini gücləndirən amillər bunlar olmuşdur:
1-Caamatla olmaq, yəni camaatın xeyrini düşünüb onların çətinliyini həll etməkdə canfəşanlığını əsirgəməmək,
2-Zahidlik və qənaətçilik, o dəstə şəxsiyyət və alimlər camaat içində daha çox qəbul olunub və olunurlar ki, xalq onları dünya qulu görməsin, və israfçılıq və həddən artıq xərclər etməsin.
3-Əməl meydanın zəhmətkeş olsun, Yəni o şəxslərin sözü və dəyərli xalqın gözündə dəyərləndirilmişdir ki, özü dediyinə əməlli olsun.
4-Xalqın inkişafı üçün yol göstərmək və hidayətçilik xüsusiyyətinə malik olmaq. o dəstə alim və şəxsiyyətlər camaat üçün önməli olmuşlar ki, bildiklərini millətdən əsirgəməmiş olsunlar.
Bunlara diqqət edən şəxsiyyət və alimlər xüsusən də din xadimləri həmişə camaat içində sevilmiş və önəm verilmiş adamlardan olmuş və olacaqlar.