Cavanlıqda ediləcək ən gözəl işlər hansılardır?


İnsanın həyatının ən dəyərli və xeyirverici dövrü onun ömrünün baharı olan cavanlıq anlarıdır. Bu dövrün qədrini bilmək insan üçün faydalı olar çünki cavanlığı əldən verəndən sonra insan başa düşür ki, dünyanın ən böyük sərmayəsini əldən vermişdir. Bu dövrdə hansı işləri görmək olar ki, o dövr üçün layiqli əməllər olsun. Bu haqda İslam təlimləri bizə deyir ki, Cavanlıq dövründə görüləcək layiqli əməllər bunlardır:

1-Elm əldə etmək, insanın başqa məxluqlarla müqayisədə ən böyük üstünlüyü elə elmli olmasıdır.

2-Allaha bəndə olub ibadəti ilə məşğul olmaq, Allah yanında bacardıqları əməllərdən uzaq qalıb Allah istədiyi əmələri etməsi çox dəyərli və qiymətləndirilən bir hərəkət olur.

3-İş və çalışqanlıqla məşğul olmaq, Dünya və axirətin gələcəkdə səadətini təmin edən amildir.

4-Allaha qayıdıb onu tanımaqla tövbə etməyə çalışmaq, Tövbə böyük edilmiş həvəslərlə mübarizə etməklə cihad etmiş şəxs kimi dəyərləndirilir.

5-Daxilini paklayıb inkişaf yolunda addımlamaq, Çünki cavanlıq dövrüdür ki, insanın dəyişməsində çox böyük rola malikdir, yəni İnsanın saflığı daha çox və haqqı qəbul etməsi çox tez baş verir,

6-İdman edib cismi inkişaf etdirmək, təfəkkür edən sağlam bədəndə yerləşər, və sağlam bədən o zaman əldə olunar ki, insan 3 şeyə diqqət etmiş olsun: 1-ehtiyac həddə yatmaq, 2-Ehtiyac həddə yemək acanda yemək və doymamış əl çəkmək və 3-İstirahətə diqqət etmək, işlərdə bacarıqdan artıq yüklənməmək.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter