Rəcəb ayının müştərək əməlləri nələrdir?
Rəcəb ayının müştərək əməlləri.
Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim Rəcəb ayında yüz dəfə desə: “ «أَسْتَغْفِرُ اللَّهَ الَّذِى لا إِلَهَ إِلا هُوَ وَحْدَهُ لا شَرِیكَ لَهُ وَ أَتُوبُ إِلَیْهِ» (“Əstəğfirullahəl - ləzi lə iləhə illə huvə vəhdəhu lə şərikə ləhu və ətubu iləyh”).
Sonra onu sədəqə ilə xətm etsə, Allah ona rəhmət edər. Hər kim onu 400 dəfə desə, ona 100 şəhidin savabı yazılar”.
Həzrət (s) başqa yerdə buyurur: “Hər kim Rəcəb ayında 1000 dəfə لا إِلَهَ إِلا اللهُ\" (“Lə iləhə illəllah”) desə, Allah Təala ona yüz min həsənə əta edər. Onun üçün behiştdə yüz şəhər tikər”.
Nəql edilir ki, hər kim Rəcəb ayının səhəri və axşamı 70 dəfə desə: “أَسْتَغْفِرُ اللهَ وَ أَتُوبُ إِلَیْهِ\" (“Əstəğfirullahə və ətubu iləyh”) zikr qurtardıqdan sonra əlini göyə qaldırıb desə: اللَّهُمَّ اغْفِرْ لِى وَ تُبْ عَلَىَّ\" (“Əlahumməğfirli və tub ələyyə”) əgər Rəcəb ayında ölərsə, Allah ondan razı olar. Rəcəb ayının bərəkətinə görə atəş ona toxunmaz”.
Əgər bu ay boyunca 1000 dəfə bu zikr deyilsə:
أَسْتَغْفِرُ اللهَ ذَا الْجَلالِ وَ الْإِكْرَامِ مِنْ جَمِیعِ الذُّنُوبِ وَ الْآثَامِ \" (“Əstəğfirullahə zəl-cələli vəl-ikram min cəmiiz-zunubi vəs-əsəm”) Rəhman Allah onu bağışlayar”.
Seyyid ibni Tavus nəql edir ki, Peyğəmbər (s) bu ayda “Tövhid” surəsini oxumağı çox fəzilətli hesab edirdi: on min dəfə, min dəfə, yüz dəfə. Hər kim bu ayın cümə günündə 100 dəfə bu surəni oxuyarsa, Qiyamət günü onun üçün bir nur olar ki, onu behiştə tərəf çəkər.
Bu ayın üç günündə: cümə axşamı, cümə və şənbə günlərində əgər oruc tutularsa, Allah ona 900 ilin ibadətinin savabını yazar.
Rəcəb ayının birinci gününün əsas əməlləri isə bunlardır:
1. Oruc.
2. Qüsl.
3. İmam Hüseynin (ə) ziyarətnaməsini oxumaq.
Allah bizi Rəcəb əhlindən qərar versin.