Əli (ə)-ın hədislər bulağından bir nümunə hədis qeyd edin?
İmam Əli (ə)-ın dəyərli cəmləşmiş Nəhcül-Bəlağə kitabı üç qismətdən ibarətdir.
Birinci qisməti o həzrətin xütbələridir.
İkinci bölməsi isə o həzrətin müxtəlif tövsiyə və kimlərəsə tövsiyələri və s.
Üçüncü bölməsi isə o həzrətin hikmətli qısa kəlamlarıdır.
Nəhcül-Bəlağəni Seyyid Rəzi adlı bir dini alim neçə illər bundan öncə qələmə almış kitabdır. O həzrətin kəlamlarını müxtəlif mənbələrdən cəmləmişdir. Bunu da qeyd etmək lazımdır ki, Rəzi cənabları həzrətin kəlamlarından hansı onun fikrincə ərəb ədəbiyyatına daha zövqü ilə uyğun gəlirdi cəmləmişdir. Deməli Nəhcül Bəlağə həzrətin bütün dedikləri və söylədikləri və yazdıqları deyildir. Başqa kitablarda o həzrətin sözlərindən tapmaq olar ki, Nəhcül bəlağədə gəlməmişdir.
Amma gələn sualınızın cavabına. O həzrətin kəlamlarından:
A) -İmam Əli (ə) Nəhcül-Bəlağədə qısa kəlamlarının 435 nəsihətində buyurur:
1-\"Allah bəndə üçün şükür qapısını açsa nemətin artmasına da imkan verər,
2-Allah bir bəndəyə dua qapısını açsa onun duasının qəbuluna da imkan verər,
3-Allah bəndəsi üçün tövbə imkanı versə onun üçün günahlarının bağışlanmasına da şərait yaradar\".
Nəhcül Bəlağə, Qısa kəlamlar bölməsi, 435-ci hədis, tərcüməçisi Hüseyin Ənsariyan.