İslam təlimləri ğinadan uzaq olanlara hansı müjdəni verir?
İmam Rza (ə) Məmuna yazdığı məktubda kəbirə günahları sayır və bu günahlardan biri kimi ğinanı tanıdır. (Tebyan)
Yunis nəql edir ki, İmam Rzadan (ə) soruşdum: “Bir nəfər Abbasi xəyal edir ki, siz ğinaya icazə vermisiniz?”. Həzrət (ə) buyurur: “Yalan deyir. Mən ona belə bir söz deməmişəm ki, ğina caizdir. Bəli həmin Abbasi gəldi və məndən ğinanın hökmü barədə soruşdu. Ona dedim ki, bir nəfər də cəddim İmam Baqirin (ə) yanına gəlir və ondan ğina haqqında soruşur. Həzrət ona belə cavab verir: “Əgər Allah haqla batil arasına ayrılıq salsaydı, ğinanı hansı tərəfdə qərar verərdin. Düz hökm edirsən, ğina batildir””.
Allah Təala Quranda buyurur: “İnsanlar arasında elələri vardır ki, cahilliyi üzündən (insanları) Allah yolundan azdırmaq və məsxərəyə qoymaq üçün boş və mənasız sözləri (insanı təbii halətdən çıxaran fəsadlı, haram mahnılar, pozğun şeirlər və söhbətləri, böhtan və qeybəti, fəsad törədici əfsanələr və s. kimi sözləri) satın alar. Onların rüsvayedici bir əzabı olacaqdır”. (“Loğman” 6). İmam (ə) bu ayəni təfsir edən zaman buyurmuşdu ki, ğina haqqında gəlmişdir.
İmam Rza (ə) buyurur: “O kəs ki, ğinadan uzaq olar, əvəzində behiştdə bir ağac vardır ki, Allah əmr edər külək onu hərəkətə gətirsin və həmin behişt ağacından xoş bir nəğmə ucalar ki, onun kimisini indiyə qədər eşitməmisiniz. Hər kim ğinadan çəkinməz, həmin gözəl səsi eşitməz”.
Allah Təala bizləri ğinadan uzaq olanlardan qərar versin. Deyerler.org
Behiştdə bir müjdəni almasına xəbər verirsə yəni Behişti qazanmaqda fürsət əldə edər mənasındadır.