Evliliyi sürətləndirmək üçün 5 gözəl məsləhətlər nələrdir?


Evlilik bəşər tarixində həmişə mühüm mövzuladan olmuşdur. Ancaq İslam dini qədər heç bir din ona bu qədər əhəmiyyət verməmişdir. Evlilik – Peyğəmbər (s) sünnətidir. Peyğəmbərimiz (s) buyurub: “O kəs ki, mənim dinimi sevir, gərək mənim sünnətimə sabit olsun. Evlilik – mənim sünnətimdir”. (Tebyan)
Həzrət Peyğəmbər (s) evliliyin əhəmiyyəti haqqında buyurur: “Evli olan insanın qıldığı iki rükət namaz, gecəni namazda və gündüzünü orucda keçirən subay insandan daha üstündür”.
Həzrət (s) başqa yerdə buyurur: “Hər kim Allahla pak və pakizə görüşmək istəyirsə, həyat yoldaşına malik olaraq görüşə getsin”.
Bütün cavanların evliliyə rəğbəti vardır. Ancaq çox təəssüf ki, bunun üçün münasib şərait hazır olmur. Gözəl və əxlaqlı həyat yoldaşına malik olmaq üçün bəzi tövsiyələr:
- Bir kağız götürün və oraya gələcək həyat yoldaşınızda görmək istədiyiniz xüsusiyyətləri bir-bir yazın. Sizin üçün mühüm olanları: əxlaqı, ruhuyyəsi, əlaqəsi, zahiri və ailəsi haqqında istəklərinizi yazın. Hər biri haqqında diqqətlə düşünün.
- Başqa bir kağızda iki sütunlu bir cədvəl çəkin. Birinci sütunda özünüzün müsbət xüsusiyyətlərinizi və ikinci sütunda mənfi xüsusiyyətlərinizi yazın. Hər bir insan özünün mənfi və müsbət sifətlərini tanıyır. Lazım deyildir ki, bu işi bir gün ərzində edəsiniz. Bəlkə özünüzü bir ay ərzində araşdırın və tədqiq edin. Hər hansı bir sifəti tapsanız, bu cədvələ qeyd edin.
- İndi həyat yoldaşınızdan gözlədiklərinizi öz cədvəlinizlə müqayisə edin və baxın görün ondan istədikləriniz sizdə də vardırmı? Əgər cavab müsbətdirsə, əlhəmdulillah! Əgər mənfidirsə, Allahdan və Məsumlardan (ə) istəyin ki, sizə yardım etsin.
Qurani-Kərimdə oxuyuruq: “Həmçinin (pis əqidə, əxlaq və əməldən) pak qadınlar pak kişilər üçün və pak kişilər pak qadınlar üçündürlər”. (“Nur” 26).
Əgər biz mömin və pak bir həyat yoldaşı istəyiriksə, gərək özümüz də elə olaq.
Evlilik məsələsini sürətləndirmək üçün qızıl nöqtələr:
1. Hər bir vacib namazdan sonra bir dua həyata keçər. İmam Sadiq (ə) buyurur: “Həqiqətən Allah namazı ən sevimli saatda sizin üçün vacib buyurmuşdur. Ona görə də vacib namazlardan sonra Allahdan hacətinizi istəyin”. Namazdan sonra səcdəyə gedin və Allaha belə dua edin: “Allahım! Elə bir həyat yoldaşı mənə nəsib et ki, həm mən onu çox istəyim və həm o, məni çox istəsin. Hər ikimiz də Sənə aşiq olaq!”. Hər duadan əvvəl və sonra salavat deyin.
2. Duanın qəbul olduğunu məkan və zamanlarda dua edin. Namazın qunutunda, cümə namazında əsr namazından əvvəl, cümə günü günəş batmazdan əvvəl. Nə zaman dua etmək istəsəniz, bu ayəni tilavət edin: «Ey Rəbbimiz, zövcə və övladlarımızdan bizə göz aydınlığı (saleh, pak və təqvalı nəsillər) əta et və (iman müsabiqəsində və ya dinin əsasları, qolları və təlimlərində) bizi təqvalılara başçı et». (“Furqan” 74).
3. Çoxlu istiğfar edin, çünki günah həcatin yerinə yetməsinə mane olar. Səhər yuxudan duran zaman və gecə yatmazdan əvvəl 100 dəfə istiğfar edin.
4. Sübh namazından 10 dəqiqə əvvəl oyanın və gecə namazı qılın və Allahdan istəyin ki, sizi şeytanın şərindən qorusun.
5. Ayətullah Behcət subay cavanlara tövsiyə edirdi ki, “Cəfər Təyyar” namazı qılsınlar.
Allahım! İmam Zamana (ə.f) xatir bütün subay qız və oğlanlarımızın layiqli və mömin ailə qurmasını nəsib et! Deyerler.org


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter