Uşaq tərəfdən Quranın xəttinə dəstəmazsız əl vurmanın hökmü necədir?
Yetkinlik (şəri baxışdan) yaşına çatmayan uşaqların Qurana dəstəmazsız əl vurmasının eybi yoxdur. Əgər dəstəmazsız Qurana əl vuralar tərbiyəçi üçün vacib deyildir ki, onu bu işdən çəkindirsin. Amma uşaq tərəfdən əgər Qurana qarşı hörmətsizlik olunsa Quran öyrədən müəllim üçün vacibdir ki, Quran haqda hörmətə dəvət etsin və pis işlərdən çəkindirsin. (Müctehidlərin Tözihül-məsail kitabı, məsələ: 318).