Ailədaxili münaqişələri həll etməyin yolları nələrdir?
Ailədaxili mübahislər - həyatın duzu-istiotudur. Ancaq bu duz bəzən həyatı o qədər şor edir ki, onun bir zərrəsinin belə dadına baxmaq olmur.
Bəzən ərlə-arvad arasındakı münaqişə heç nədən baş verir. Kiçik narazılıqlar toplanır və bir gün yersiz mövzulara görə alovlanır. Kiçik mövzular elə şişirdilir ki, dava meydanına çevrilir. Hər tərəf özünü müdafiə edir və dostluq yollarını bağlayırlar. Sevgini soyudur və ürəklərin uzaqlaşmasına səbəb olurlar.
Şirin kəlmələr öz yerini acı sözlərə və töhmətə verir. Etimad öz yerini etimadsızlığa verir. İsti baxışlar soyuyar və sevgi öz yerini kinə verər.
Bu cür münaqişələrin həll yolu vardır ki, onlara nəzər salaq.
1. Qarşı tərəfin ehtiramını saxlayın.
Ehtiram göstərmək və onu hifz etmək münaqişənin qarşısını alan amillərdəndir. Həyat yoldaşınıza onu sanca bilən sözlər deməyin, çünki bu sözlər uzun müddət onun ürəyində qalır və ola bilsin ki, həmişəlik kin və küdurət halına çevrilsin.
2. Narazılığınızı təzahür etdirməyin.
Əgər aranızda narazılıq varsa, bunu başqalarının da bilməsi şərt deyildir. Bəzi qadınlar ailə həyatında baş verən xəbərləri dostlarına, valideynlərinə danışmağı çox sevir və hər birindən yardım istəyirlər. Lakin onların hər biri öz düşüncəsinə və təcrübəsinə uyğun tövsiyə verir və bu yolla əksinə, həmin qadının ailə rabitələrinə ziyan vurmuş olurlar.
Həyat yoldaşları yadda saxlamalıdır ki, övladlar ailədə baş verən hər şeyin xəbərçisi ola bilər. Ona görə də aralarında olan anlaşılmaz vəziyyəti gizlində həll etməyə çalışmalıdırlar.
3. Köhnə dəftərləri açmayın.
Əgər həyat yoldaşınızla aranızda anlaşılmaz məsələ vardırsa, ancaq onu həll etməyə çalışın. Bəzən münaqişələr qızışan zaman qarşı tərəf köhnə dəftərləri açıb tökər və bir il əvvəl baş verənlərə görə onu günahlandırar. Ona görə də haşiyədən çıxmayın. Keçmiş narahatlıqları yada salmaqla, siz yeni problemlərlə üzləşəcəksiniz. Nəticədə həyat yoldaşınızın ürəyində yeni kin qapılarını açmış olarsınız.
4. Həyəcanınızı kontrol etməyə çalışın.
Əgər həyat yoldaşınızın rəftarı sizi əsəbləşdiribsə, daxilinizdə olan bu atəşi üzə çıxarmaq istəyirsiniz. Lakin bu işin sonu yaxşı deyildir. Yaxşı olar ki, bir qədər səbir edəsiniz. Bir stəkan soyuq su için və çərçivədən çıxmış həyəcanınızı ram etməyə çalışın. Düşünün və məntiqli yol axtarıb tapın.
5. Təqsirkar axtarmayın.
Həyat yoldaşınızı həmişə bütün problemlərin səbəbkarı kimi görməyin. Bu zaman insan həmişə başqasını ittiham edər və özünü günahsız bilər. Səhvi başa düşmək - yolun yarısını getmək deməkdir. Bunu qəbul edin ki, hər ikiniz səhv edə bilərsiniz.
6. Fərqli olduğunuzu düşünün.
Qadınla kişi fərqlidirlər. Problemlə üzləşən zaman onu müxtəlif şəkildə həll etməyə çalışarlar. Tərbiyə, ailə mühiti, mədəniyyət və s - bütün bunlar kişi ilə qadının fərqli olmasına təsir qoyar. Ona görə də nə zaman anlaşılmamazlıq meydana gələrsə, bu fərqləri yada salmaq lazımdır. Yaxşı olar ki, həyat yoldaşınızı dərindən tanımağa çalışasınız. Əlaqə və istəklərini öyrənəsiniz. Onu tanısanız, aranızda olan anlaşılmaz məsələlər də azalar. Deyerler.org