Bədəni təmizləmək üçün hansi tovsiyələr olunur?
Hər gün yağlı və ağır yemək yemək qaraciyərə əziyyət verər və onu təmizləməyə ehtiyac olar. Bunu təbii qidaların yardımı ilə edə bilərik. Bəs necə? (Tebyan saytına istinadən)
1. Limon suyu.
Bədənimizin yağlardan və zəhərli maddələrdən təmizlənməsi üçün limon münasib meyvədir. Belə ki, hər səhər acqarına səhər yeməyindən əvvəl bir stəkan suya yarım limonu sıxıb içək və bununla da bədənimizi artıq yağlardan təmizləyək. Limon qaraciyəri təhrik edər və həzmi asanlaşdırmağa yardım edər. Bu meyvə turş olub, tərkibində çoxlu turşularla zəngindir. Bu turşular bədəndə olan yağların miqdarını tənzim edər.
2. Qara turp və ənginar.
Qara turp və ənginar da qaraciyərin fəaliyyətinə yardım edər və onu təmizləyər. Adətən yağlı və ağır yeməklər qaraciyərə əziyyət verər. Yaxşı olar ki, hər gün bu tərəvəzlərdən istifadə edək və bədəndəki zəhərli maddələri onların yardımı ilə təmizləyək.
3. Bitki yağları: reyhan, tərxun və rozmarin.
Bu bitki yağları da qaraciyərin fəaliyyətinə yardım edə bilir. Ağır və yağlı yeməklərdən sonra bu bitki yağları ilə qarnınızı masaj edə bilərsiniz. Bu işi səhər və axşam yerinə yetirin.
4. Mineral sular.
Bədənimizin, xüsusilə də böyrəyimizin suya ehtiyacı vardır. Tərkibində maqnezium və kalsium olan sular bədəndəki turşuların tənzim olunmasına yardım edər.
5. Ağcaqayın ağacı.
Ağcaqayın ağacı bədən orqanlarının fəaliyyətini təhrik edər və bədəndəki zəhərli maddələri dəf edər. O zaman ki, bədən təmiz olar, daha çox enerjiyə malik olar. Bunun üçün bir qaşıq ağcaqayın ağacının lağımını bir stəkan suda həll edib içmək lazımdır. Bu işi 3 həftə təkrar edin ki, bədəniniz təmizlənsin.
6. Raziyana.
Raziyana - həzmi rahatlaşdıran bitkilərdəndir. Bu bitki bağırsaqda olan qazları və ağırlığı aradan qaldıra bilir. Bir qaşıq raziyananı 200 millilitr suda 10 dəqiqə qaynadın və dəmləyin. Hər ağır yeməkdən sonra onu için. Deyerler.org