“Mömin – möminin aynasıdır” bənzətməsini necə başa düşmək olar?


Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Mömin möminin aynasıdır”. Bu çox gözəl bənzətmədir və buna əsasən bəzi nöqtələrə işarə edək:

1. Ayna kimi olaq. Həm başqalarının gözəlliyini görək və həm də zəif cəhətlərini. Milçək kimi olmayaq ki, ancaq yaranın üzərində oturur. Yəni tənqid etməzdən öncə birinci növbədə yaxşılıqları deyək ki, ona qarşı canyandırıcı insan olduğumuzu sübut edək.

2. Ayna kimi olaq, mikroskopla baxan kimi deyil. İnsanların eybini olduğundan da böyük görməyək. Günahları şişirtmək insanların təhqir hissinə düçar olmasına səbəb olar.

3. Ayna kimi olaq, daraq kimi deyil. Ayna üzbəüz eybləri söyləyər, ancaq daraq başın arxasına gedər və tüklərin arasında danışar. Eybləri görəndə onların həyatında başqa nə olduğunu düşünmək düzgün deyildir. nə görübsən onları düzəltməyə çalış başqa işlərlə işimiz olmamalıdır.

4. Ayna hədəyə düçar olmaz. Bir nəfər bizə kömək etmək və eyblərini silmək istəsə gərək ona qarşı pis niyyətlə düşünməyək, yəni onun nəyisə bilməsi bizə bunu düşündürməsin ki, ondan bizə zərər gələ bilər. Bu incəliyə diqqət etmək lazımdır ki, o adam ki, bizə deyir ki, eybiniz budur bilmək lazımdır ki, qərar olsaydı bizə ziyan vursun gizlində bizim xəbərimiz olmadan zərbəsini vurardı.

5. Ayna o zamana qədər işə yararlı olar ki, onu toz basmasın. Məsləhət edən şəxs gərək pak insan olsun ki, qəlbindən gələn söz qəlbə hopmuş olsun.

6. Aynanı bizim eyblərimizi göstərdiyi üçün sındırmaq xatadır. Tənqid edən insanları incitmək də olmaz. Düzgün aynanı qorumaq və ona təşəkkür etmək lazımdır ki, düşmənlər qarşısında bizə siqnal verir ki, başqaları sənə vurarlar amma mən onun qarşısını alıram.

7. Əgər aynanı sındırsanız belə, onun hissələri xətalarımızı və eyblərimizi göstərər. Mömini incitsələr belə, öz işindən əl çəkməyəcəkdir. Məsləhət və nəsihət edən şəxs gərək bilsin ki, nəsihət edəndə hər cürə əks hərəkətlə üzləşə bilər. Qəbul olunmasa və ya pis rəftar ona qarşı olsa ALlah üçün etdiyini bu əməli düşünüb səbir və qəlbini geniş tutsun ki, Allah ona kömək edəcək və savabını Allah yanında qazanmış olacaq.

8. Ayna saf olduğu üçün bizim eyblərimizi söyləyər, mömin də gərək sədaqətli olaraq qardaşının eybini söyləsin. Kin və intiqam almaqla yox. Ayna insana kömək edər heç bir sui-niyyəti olmadan mömin şəxs də gərək qardaşına qarşı belə rəftar etsin sui-niyyətdən uzaq olmaqla hidayət etsin.

9. Ayna bizim eyblərimizi özündə saxlamaz. Biz kənara çəkilən zaman eyblərimiz də bizimlə gedər. Mömin də gərək üzbəüz eybləri söyləsin, kənara çəkiləndən sonra qəlbindən silsin. Eybi bildik nəsihət edə bilsək düzəltməyə çalışaq amma alınmasa və ya qəbul etməsə onun naqislikləri haqda zehində bir baza saxlamağa icazə verilmir çünki insanların arasında kinə və fəsadların birinci amili ola bilər.

10. O kəs öz eybini başa düşər ki, onu başa düşmək istəyər, çünki aynaya səthi baxmaqla eybləri görmək olmaz. Deyerler.org
Düzgün yolda olanlara bir başa nəsihət etmək düz olar və nəticə verər, amma bir şəxsdən qəbul etməməsi təsəvvür olunsa onu nəsihət etmək düzgün sayılmır gərək eybləri demək üçün başqa yollar tapılıb və başqa vasitələr ortaya salınsın.

Əli (ə)-dan belə bir məzmunda hədis var ki, bədbəxt insan odur ki, dostu yoxdur ki, ona həyatda kömək olsun və ondan bədbəxt insan odur ki, bir dost tapdıqdan sonra edə bilmir onun saxlasın. Yaxşı dost insanın eyblərinin silinməsinə və inkişaf yolunda hərəkətinə kömək edər.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter