Şad və istedadlı övladın sirləri nələrdədir?
Ola bilsin ki, bir çoxlarımız uşaqlarımızın qaşqabaqlı və mısmırıqlı olması ilə gileylənirik. Ancaq siz övladınızın şad və xoşbəxt olması üçün onlara bəzi imkanları yarada bilərsiniz. Sizə tövsiyə edilən sirlərdən faydalanaraq övladınızın gizli istedadlarını üzə çıxara bilərsiniz.(Tebyan saytına istinadən)
1. Övladınıza icazə verin ki, öz rəğbəti olan işləri kəşf etsin. Onun seçdiyi oyunlara diqqət etməyə çalışın. Bu oyunlar övladınızın gilzi istedadları haqqında sizə məlumat verə bilər.
2. İmkan verin ki, səhv etsin. Əgər bütün işlərini noqsansız yerinə yetirsəydi, istedadları üzə çıxmazdı.
3. Sual verin. Məntiqli suallar verməyə çalışın. Misal üçün: səma niyə göy rəngdədir? Övladınıza həyatın möcüzələri ilə tanış olmaq üçün fürsət verin.
4. Övladınızı təhsil almağa məcbur etməyin. Övladınızın istedadlarını üzə çıxartmaq üçün hər gün onu dərsə məcbur etmək onu pərişan və iztirablı edər.
5. İş görən zaman övladınızı da özünüzə şərik edin. O, bu işləri görərək zehnində müvəffəqiyyət qazanacağını xəyal edər.
6. Elə bir mühit yaradın ki, hiss təhrikləri baxımından zəngin olsun. Evinizdə elə əşyalar saxlayın ki, övladınızın zehni hisslərini təhrik etsin: rəngli karandaşlar, əl oyuncaqları kimi.
7. Övladınızı özünüzə yapışdırmaqla qabiliyyətlərini məhdudlaşdırmayın. Belə olan zaman daxili istedadları gizli qalar.
8. Ailə üzvləri ilə onunla bir yerdə oyun oynayın.
9. Övladınızın ixtiyarına elə əşyaları qoyun ki, onların vasitəsilə dünyalarına fayda verə bilsinlər.
10. Qrup halında oynayan zaman əlaqəsi olan oyunları oynamağa şərait yaradın.
11. Övladınızın zehni inkişafı üçün ona dastanlar oxuyun.
12. Övladınızın məşğul olduğu fəaliyyətləri tənqid etməyin.
13. Övladınızla oyun oynayın və sevincinizi və sevginizi ona ötürməyə çalışın.
14. Övladınızı kompyuterlə tanış edin.
15. Övladınızın söhbətlərinə qulaq verin. Bu zaman onun əhəmiyyət verdiyi şeyləri öyrənmiş olarsınız.
16. O zaman ki, ev işlərini övladınıza tapşırırsınız, onu tərifləyin.
17. Əl oyuncaqlarından teatr düzəldin və övladınızın fəal iştirak etməsi üçün şərait yaradın.
18. İmkan verin ki, gün ərzində müəyyən həddə qədər nadinclik etsin.
19. Övladınızı yaşıdları ilə oynamağa təşviq edin.
20. Övladınızla yaşıdları ilə görüşəndən sonra söhbət edin və nəzərlərini öyrənməyə çalışın.
21. Övladınızı başqa uşaqlarla müqayisə etməyin.
22. Övladınıza elə hədiyyə verin ki, zəif cəhətlərini inkişaf etdirsin.
23. Övladınızla gələcəyi haqqında söhbət edin və onun baxışlarını himayə edin.
24. Övladınızı maraqlı və imanlı insanlarla tanış edin.
25. Övladınızı oxumağa təşviq edin.
26. Övladınıza seçim haqqı verin. Bu iş onun iradə qüvvəsini gücləndirər və yeniliklər axtarmaq hissini artırar.
27. Övladınıza hansı nağıl kitabları oxuyaraq, istedadlarını üzə çıxarda biləcəyini başa salın.
28. Övladınızı olduğu kimi qəbul edin. Deyerler.org