Narahatçılıqdan qurtulmağın reseptləri nələrdir?


Narahatçılıqdan qurtulmağın reseptləri haqda məqalə:

“Dünən tarixin bir hissəsidir, sabah isə sirrdən başqa bir şey deyildir”

(Ustad Ənsarianın nəzərlərinə istinadən)

O şey ki, şad əhval-ruhyyəni əldən verməyə bais olur, insanlardan uzaq olmağa və tənhalığa gətirib çıxarır, zaman ötdükcə, başqalarından qalma acı xatirələrə və ya ətrafındakılarla qeyri-məntiqi rəftarlara gətirib çıxarır - bütün bunlar insanın özü haqda mənfi fikirdə olmağın və özünü “bəd şanslı” hesab etməyin nəticələridir. Bu suala bir cavab var - o da öz fikir və düşüncələrimizi islah etməkdir.

Bəzi psixoloqların fikrinə görə bizim fikirlərimiz - şəxsiyyətimizin aynasıdır. Bizim həyatımız isə fikirlərimizin üstqurumudur. Tanınmış psixoloq Norman Vinsent Pil deyir: “Siz o cür deyilsiniz ki, necə özünüz barədə düşünürsünüz. Əslində siz nə düşünürsünüzsə - məhz o cürsünüz”.

O kəs ki, özünü “bəd şanslı” bilir, ya məğlub olmuş hesab edir və ya özünü faydalı hesab etmir - öz bədbəxtliyi istiqamətində addım atmış deməkdir. O kəsin ki, fikirləri müsbətdirsə, həyatının ən çətin vaxitlarında belə həyatdan ləzzət alar. Napoleon Bonapart bəşərin arzu etdiyi hər şeyə - şöhrət, qüdrət və sərvətə malik idi. Ancaq yenə də deyirdi: “Heç vaxt ömrümdə altı gün dalbadal xoş bir günüm olmadı”. Halbuki, insanlar var şikəstdirlər, kordurlar, amma deyərlər: “Həyatı təsəvvüredilməz dərəcədə gözəl bildik”.

Bir qız öz çətin həyatına görə atasına şikayət edirdi. Hətta deyirdi ki, bu halda tək çarəni özünü öldürməkdə görür. Atası da qızının məktubuna cavabda yazır: “İki nəfər zindandan çıxıblar, onlardan biri ayağının altına baxır və çirkdən başqa bir şey görmür. Ancaq o birisi başını yuxarı qaldırır və mavi səmanı görür”. Qızı atasının bu məktubundan təsirlənərək, həyatını dəyişdirir və hər şey onun üçün mənalı və əhəmiyyətli olur.

O zaman ki, özümüz üçün əqidə, olanlar və olmayanları müəyyən edirik, həyata keçməyəndə nigaran oluruq. Məsələn deyirik ki, insanlar gərək məhəbbətlərimə cavab versinlər. İnsanlar gərək mənə sitayiş etsinlər. Onlar gərək haqqı tanıyan olsunlar, ancaq o zaman ki, “gərəkləri” yaddan çıxarsaq, həmişə şad və xoşbəxt yaşaya bilərik.

Deməli, bizi zəif edən amil – bu “gərək”lərdir, bizim gözləntilərimizdir. Biz bu gözləntilərin buxovlarından gərək qurtulaq ki, həyatımız xoşbəxt olsun.

“Gərək”lərə inanmaq, bu gözləntilər bizə heç bir kömək etməyəcəkdir. Çünki dünya həqiqəti “gərək”ləri tanımır. “Gərək”lər və “gərəksiz”lər bizim təsəvvür etdiyimiz kimi mövcud deyildir. O zaman ki, həqiqəti tənqid edirik, həmişə uduzmuş oluruq. Heç kim gözləntinizdən artıq sizi əsəbiləşdirməz. Əlbəttə, İslami konsepsiyada insanlıq vəzifəsi hökm edir ki, kömək edilən insanlar kömək edənə təşəkkür etsinlər. Ancaq bu məntiqə söykənmək həmişə işə yaramır. Çünki, vəzifəsinə əməl etməyən insanlardan olan gözlənti insanın özünü sarsıdır.

Bəli, istər-istəməz məntiqi olmayan insanlarla və situasiyalarla rastlaşmalı oluruq, bunların yaratdığı problemlərlə üzbəüz oluruq. Ona görə də təşəkkürə görə nigaran olmaq əvəzinə, bir növ qeyri-təşəkkürün intizarında olaq. Nəql edirlər ki, Həzrət İsanın (ə) şəfa verdiyi on nəfər cüzam xəstəsindən ancaq bircə nəfər qız ona təşəkkür edir.

Başqa bir nöqtə: Yaxşılıq və ehsan əgər Allaha görə olarsa, O, əvəzini verəcəkdir. Elə bunun özü kifayətdir. İmam Əli (ə) buyurur: “İnsanların təşəkkür etməməsi üzündən yaxşı işlərdən çəkinməyin. Çünki, onun əvəzində bəzən o kəs təşəkkür edir ki, bu yaxşı işdən bəhrələnməmişdir. Həmin şükürlərin təsiri təşəkkür etməyənlərin nankorluqlarından çoxdur”.

Əgər şad həyatın ardıncasınızsa, həyat hadisələrinə yaxşı və ya pis damğası vurmayın. Dünyanı o cür ki, var elə qəbul edin. “O şey ki, insanın xoşbəxtlik və şadlıq mənbəyidir - onun daxilidir, xarici amillər deyildir”.

Əgər həyatla vuruşsan, həmişə uduzarsan. Ona görə də başqaları ilə bir yerə gələrək, həyatla dostluq rabitəsi yaratmaq lazımdır.

Əlbəttə nəzərə alın ki, öz düşüncələrinizi dəyişə bilərsiniz. Düşüncələrinizin üzərində işləyin ki, həyatınıza keyfiyyət bəxş edəsiniz. Ancaq keçmiş fikirlərdə isə, dünəni bu gündən ayırmaq lazımdır. Bilin ki, ancaq bu gün sizin ixtiyarınızdadır, nə dünən və nə də sabah deyil. Deyirlər ki: Dünən tarixin bir hissəsidir, sabah isə sirrdən başqa bir şey deyildir. Bu gün isə hədiyyədir. Ona görə də ona hədiyyə deyərlər.

İslam dahiləri əsrlərdir ki, bu məsələyə işarə edirdilər. İmam Əli (ə) buyurur: “Keçmiş keçib və gələcək də aydın deyildir. Bu arada gərək bu gün qənimət bilinsin”.

Əgər öz stimullarımızı ilahi etsək, başqalarınını nankorluğu, məsxərələri narahatlıq hissi yaratmamalıdır. Necə ki, peyğəmbərlər, İlahi övliyalar ətrafındakıların rəhmsiz tənqidinə məruz qalmışdılar. Ancaq soyuqqanlıqla onların yanından keçib gedərdilər. Qurani-Kərim yersiz tənqidlərə diqqət etməməyi o kəslərin sifəti adlandırırdı ki, onlar Allah yolunda səy göstərirlər.

Başqalarının özünüzə qarşı fikirlərini, nəzərlərini özünüzdən uzaqlaşdırın. Başqaları heç bir zaman sizin daxilinizdən xəbərdar ola bilməzlər.

Başqaları fikir və düşüncədə naqisdirlər. Bəzən onların yaxşılıq və pislikdə dəyərləri heç bir düzgün meyara malik deyildir. Başqaları böyük səhvlər edirlər ki, bunu hiss etmirlər. Əgər onlara başa salmaq istəsən də, onlar başa düşməzlər. Bəs niyə başqalarına görə özünə zərər vurursan?

Biz insanların dilinin qarşısını ala bilmərik. Ancaq özümüzün qayğısına qala bilərik. Əgər öz yol və danışığımıza inanırıqsa, başqalarının yersiz tənqidlərinə fikir verməməliyik.

Linkoln deyir: “Əgər mənə gələn tənqidi məktubları oxumaq istəsəm, heç bir iş üçün vaxtım olmayacaqdır. Mən işlərimi bacardığım qədər yaxşı görməyə çalışacağam. Əgər sudan yaxşı çıxsam, tənqidlər mühüm deyildir. Əgər pis çıxsam, mələklər hətta and içsələr ki, bu iş yaxşıdır, həqiqətə heç bir təsiri olmayacaqdır”.

Yuxarıda dediklərimizə diqqət etsəniz, sizin ruhiyyəniz yaxşı olacaqdır. Tədricən əvvəlki şadlığınıza qayıdacaqsınız. O zaman lazımlı stimulu əldə etməyə davam edəcəksiniz. Qalan fürsətlərdə də aşağıdakılardan istifadə edin:

1. Ancaq bu günü və özünüzün indiki vəziyyəti haqda düşünün. Keçmiş və gələcək qapılarını üzünüzə bağlayın.

2. Başqaları tərəfindən möcüzə intizarında olmayın, özünüz möcüzə yaradın.

3. Bəd şanslılıq kimi mənfi sözlərdən uzaq olaraq, öz gücünüzü bir neçə dəfə artırın.

4. Başqalarının yersiz sözlərinə əhəmiyyət verməyin, özünüz, öz həqiqi aqibətiniz üçün yaşayın, başqaları üçün deyil.

5. Öz istedad və qabiliyyətinizə imanınız olsun. Onun üçün proqram qurun. Başqalarının əsassız sözlərinə əhəmiyyət verməyin.

Əlbəttə ki, bütün bunlarda ana xətt kimi Peyğəmbər (s) və Əhli-beytinin (ə) mübarək əmr-be-məruf və nəhy əz-münkər institutu getməlidir. O zaman ki, mömin qardaş və ya bacı bizə nisbətdə İlahi vəzifəni yerinə yetirir və onların tənqidi pak və münəzzəh dinimizin müddəalarına tam uyğundur – bizim İlahi vəzifəmiz məhz bu tənqiddən düzgün nəticə çıxararaq, özümüzü islah etməkdir. Hazırladı: Məşhədi Xanım Deyerler.org


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter