Elmin sərvətə nisbətdə üstünlükləri nələrdir?


Var-dövlətə nisbətdə elmin 7 dəyəri vardır:

1-Elmin Peyğəmbərlər irsidir, mal başqalarının. Dini elmlərdir ki, insanı peyğəmbər yolunda qərar verir mal insanın onların yoluna çatdıra bilməz.

2-Elmin yaymaqla azalmaz amma mal azalır. nə qədər elmi yaysan dərinləşərsən və heç vaxt onu yaymaqla azalması mümkün deyildir. amma malda insan ifrat etsə peşimançılıq əldə edər.

3-Malın qorunmağa ehtiyacı var amma elm insanın qorucusudur. Malı və sərvəti qorumaq üçün nəzarət edici qüvvələrə ehtiyac var amma elm insanın özünə kömək və qoruyucudur.

4-Elm dünya və axirət üçün faydalıdır amma mal təkcə dünya üçün. Din maariflər insanı dünya və axirət yoluna hidayət etməkdə köməkdir. Amma dünya malı elm əsasında Allah yolunda istifadə olunması insana heç bir xeyir verməz.

5-Elm möminə məxsus amma mal qeyri möminə də yetişər. Dini elm və onun hikmətləri təkcə dindar və dəyərli insanlara məxsusdur, amma mal isə hamı üçün yetişər onun sırf olması insanı mömin etməz.

6-Hamının elmə ehtiyacı var amma mala yox. Dini elmə ehityac hamı üçün gərəklidir. Amma mal hamı üçün lazımdır deyil çünki çoxlarında sərvət olar və ya daha çox ola bilər və bunun arxasında olmağı özü üçün zəruri bilməz.

7-Elm məad mərhələlərində köməkdir amma mal insanın məadında səadətinin maneəsi ola bilər. Məad məsələlərinə (qərb əzabına, bərzəx aləminə, qiyamət və behiş və cəhənnəm məsələlərində əzaba düşməmək üçün elmdir ki, insana yol göstərir dünya malı oraya heç bir iş görə bilməz.

Diqqət edilməlidir ki, elmdən məqsədimizi bəhsimizdə dini biliklərdir. (Amma bu nəfy etmirik ki, dünya elmləri da faydalıdır olması Allah yolunda istifadə olunsa insan üçün xeyir verici mənbə ola bilər).


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter