Sərvətlikdə təkəbbürlülük və yoxsulluqda üsyan etməmək üçün hansı düşüncələrə malik olmalıyıq?


Tanıma - insan əqidəsinin mənşəyini təşkil edir. Əgər yoxsulluğun mahiyyətini və fəlsəfəsini tanımasaq onu aradan qaldırmaq bəşər üçün çətin olar. Ona görə də Quran bizləri dünya malının həqiqətləri ilə tanış edir və xüsusiyətlərindən agah edir. (Tebyan)
Quran da buyurur Sərvətlikdə təkəbbürlülük və yoxsulluqda üsyan etməmək üçün bu cür düşüncələr kömək edəndir:

1. Ehtiyac və yoxsulluq bəşərin zatındadır.
İnsan elə bir varlıqdır ki, yaranmasında və həyat sürməsində ehtiyac sahibidir. Daima Rəzzaqa və həyat feyzi verən Allaha möhtacdır. Quran bu haqda buyurur: “Ey insanlar! Sizi və sizdən əvvəlkiləri yaradan Rəbbinizə ibadət edin, bəlkə (bununla) təqvalı olasınız”. (“Bəqərə” 21).
“Allaha necə kafir olursunuz, halbuki siz ölü idiniz (bədəninizi təşkil edən ilk maddələr bir-birinə birləşməmişdən və ruh üfürülməmişdən qabaq cansız hissələr idi), O, sizi diriltdi, sonra sizi öldürəcək və yenidən dirildəcək. Daha sonra isə Ona tərəf qaytarılacaqsınız”. (“Bəqərə” 28).
“Şübhəsiz, Allah Özü (bütün ruzi yeyənlərə) ruzi verən, güc sahibi və qüvvətlidir”. (“Zariyat” 59).
İnsan əgər öz zatını tanısa ehtiyacı olan zaman, maddi sıxıntıda olan zaman təslim olmaz və onunla mübarizə aparar. Ancaq bilməlidir ki, həqiqi Malik Allahdır.

2. Mal-dövlət - imtahan vasitəsidir.
Bir insanın sağlam həyat sürməsində təsirli amillərdən biri də onun fenomenlərə baxış növüdür. Əgər insan mal və sərvətə İlahi imtahanın vasitəsi kimi baxarsa, yoxsulluğu ona əziyyət verməz və eyni zamanda yoxsulluğunu aradan qaldırmaq üçün səy edər. “Bilin ki, mallarınız və övladlarınız imtahan vasitəsidir və həqiqətən böyük mükafat, məhz Allahın yanındadır”. (“Ənfal” 28).

3. Dünya nemətləri azdır və həqiqi ruzi Allahın yanındadır.
Quranı qəbul edən hər bir aqil insan onun göstərişlərini hər iki dünya saədətinə çatmaq vasitəsilə bilər və ölümə inanar. Heç bir zaman razı olmaz ki, dünyanın az nemətini axirətin çox nemətinə üstünlük versin. “O kəslərə ki, dünya həyatını sevir və onu axirətdən üstün tuturlar, (insanları) Allahın yolundan saxlayır və onun əyriliyini istəyirlər (onun qanunlarını əyri kimi təqdim edir və camaatı ondan azdırırlar). Onlar uzun-uzadı bir azğınlıq içərisindədirlər”. (“İbrahim” 3).
“Dünyanın mənfəəti azdır və təqvalılar üçün axirət daha yaxşıdır”. (“Nisa” 77).

4. Ruzi verən Allahdır.
Yoxsulluğa qələbə çalmağın yollarından biri də budur ki, insan həqiqi Rəzzaqı tanımalıdır ki, Allahdır. Allah hər bir varlığın ruzisini verər. “Bu yer üzündə (heyvan, cin və insan olmasından asılı olmayaraq) hərəkət edən hər bir canlının ruzisi Allahın öhdəsinədir”. (“Hud” 6).

5. Yoxsulluqdan xilas olacağına ümid bəsləmək.
Allah insana buyurur ki, həmişə və hər yerdə ümidini üzməsin və Ona təvəkkül etsin. “Allah hər hansı çətinlikdən sonra tezliklə bir asanlıq yaradar”. (“Təlaq” 7).
Bu dünya həyatı başdan başa çətinliklərlə doludur ki, onlardan biri də yoxsulluqdur. Allah Təala bizlərə nazil etdiyi Quran kitabında insanlara bəzi məharətləri öyrədir ki, onlardan istifadə edərək bu ictimai problemin köklərini aşkar etmək mümkün olur. Əgər bu kökləri aşkar edə bilsək onu aradan qaldırmaq daha asan olar. Deyerler.org

Eyni zaman bu incəliyi də qeyd edək ki, kasıbçılıqda hövsələsizlik etməmək üçün bu düşüncələr malik olmaq çox böyük kömək ola bilər.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter