Hansi sirr gərək ifşa edilməsin?


Sirr elə bir şeydir ki, əgər ifşa edilərsə, həm sənə və həm də başqalarına ziyan vurar. İslam dini sirr saxlamağı bəyənir və sirr saxlamaq da ən yaxşı əxlaqi sifətlərindən hesab edilir. Bəzən də fərdi və ictimai mövqe tələb edir ki, insan bəzi şeyləri sirr kimi saxlasın və ifşa etməsin. Bəs gizli saxlamalı olduğumuz sirlər hansılardır? (Tebyan)
Bu sirləri üç yerə bölmək olar: şəxsi (özünün) sirr, digərinin sirri və düşmənə xeyir verəcək sirr.

3 cür sirr gərək ifşa edilməsin:
1. Şəxsi sirr.
Hər bir insanın özünəməxsus bəzi rəftarları və əməlləri vardır ki, bəziləri bunu görmür və xəbərdar deyildirlər. Bu sifətlər - onun şəxsi sirridir. Belə ki, bir insanın gördüyü çirkin işlər və ya ailədə baş verən bəzi hadisələr onun şəxsi sirri ola bilər. Bəs insan bu sirrini başqasına söyləyə bilərmi? Aqil insan sinəsini sirr sandığına çevirər və onu ifşa etməz.
İmam Əli (ə) buyurur: “Sənin sirrin o zamana qədər ki, onu ifşa etməmisən, sənin əsirindir. Ancaq əgər ifşa etsən, sən onun əsiri olarsan”.
İmamın (ə) buyurduqlarından belə nəticə çıxartmaq olar ki, insan hətta əgər ən yaxın insanına belə bu sirri versə, bu hərəkətinin əsiri və qulu olar.
İmam Cavad (ə) buyurur: “Hələ möhkəmlənməyən bir şeyi bəyan etmək - onun məhv olmasına səbəb olar”.
İmam Sadiq (ə) buyurur: “Öz dostunu sirlərindən agah etmə. Məgər o işləri ki, əgər düşmənin ondan agah olsaydı, sənə dili çatmazdı. Çünki insanın dostu bir gün düşməni ola bilər”.
Ona görə də sirri saxlamaq o qədər əhəmiyyətlidir ki, əgər ifşa edilərsə, həmin şəxsin ziyanına və peşmançılığına səbəb olar. Özü ilə qəm və qüssə gətirər. İmam Əli (ə) buyurur: “Sən öz sirrini əgər gizlətsən, sənin şadlığındır. Əgər ifşa etsən, nalə və sızıntına (səbəb) olar”.
İmam (ə) yenə buyurur: “Hər kim sənin sirrini ifşa edər, işini məhv etmiş olar”.
2. Digərinin sirri.
Əgər başqalarına aid olan sirlər ifşa edilərsə, onlara ziyan dəyər. Bu cür sirlərin ifşa edilməsi caiz deyildir. Ancaq əgər bu sirri saxlamaq böyük insan toplumu üçün zərərli olarsa, onun ifşa edilməsi caiz olar.
3. Düşmənə xeyir verəcək sirr.
Bəzi sirlər - ölkə düşmənlərinə xeyir verəcək sirlərdir. Bu sirrin saxlanılmasının əhəmiyyəti o biri sirlərdən daha mühümdür. Çünki bu sirlərin ifşa edilməsi bir ölkənin xalqına ziyan vura bilər və düşmənin əlinə fürsət verər.
Beləliklə, deyə bilərik ki, bu 3 növ sirrin ifşa edilməsi əgər fərdin özünə və ya başqalarına ziyan vura bilərsə, onların ifşa edilməsi caiz deyildir.

/Deyerler.org/


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter