Necə edək ki, günah həyatımızı bürüməsin?


Günah - həm insanın özünə və həm də cəmiyyətə viranedici təsirlər qoyur. Günah insanı həlakət uçurumuna yaxınlaşdırar və bir büdrəmə ilə süqut etməsinə səbəb olar. Günah edən artıq bir insan deyil, heyvanların səviyyəsində olar. (Tebyan)
Bir günah, sonrakı günahlar üçün yolu hamarlaşdırar. Hədislərə nəzər salan zaman görmək olur ki, insan hər bir günaha düçar olaraq, o biri günahlar üçün yolu hamarlaşdırar. Bunun üçün cürət əldə edər.
İmam Rza (ə) buyurur: “Kiçik günahlar, böyük günahların yollarıdır. O kimin ki, Allah Təalaya qarşı kiçik günahına görə qorxusu olmazsa, böyük günahlara görə də Ondan qorxmaz”.
İnsan o zamana qədər ki, günaha düçar olmayıb, ona düçar olmaqdan qorxar. Ancaq o zaman ki, birinci günaha düçar olar, bu qorxusunun bir hissəsi aradan gedər. Günaha davam edərsə, bu qorxu tamamilə aradan gedər.
İmam Səccad (ə) övladlarına belə buyurur: “Ciddi və zarafatla olmasından asılı olmayaraq, kiçik və böyük günahlardan çəkinin. Çünki insan o zaman ki, kiçik günaha düçar olar, böyük günah üçün cürət əldə edər. Məgər bilmirsiniz ki, Peyğəmbər (s) buyurmuşdur: “O bəndə ki, yalan danışmağa davam edər, nəhayət Allah Təala yalanını qeydə alar””.
Ona görə də əgər insan kiçik günahına ğörə peşman olmazsa, işi daha çətin olar, bu laqeydliyi ilə insan mümkündür elə bir mərhələyə çatsın ki, böyük günah işlətmək onun üçün asan olsun. Ona görə də insan nə qədər bacarırsa, işini elə əvvəldən möhkəm tutsun. Kiçik və böyük günahların yanından sakitcə keçib getməsin. Hər gün işlərini mühasibə etsin, pis rəftarlarına və kiçik günahlarına diqqət etsin.
Günahın insana vurduğu başqa bir ziyan isə fəsaddır və qəlbin qəsavət bağlamasıdır. İmam Sadiq (ə) buyurur ki, atam buyurmuşdur: “Günah kimi qəlbi məhv edən heç bir şey yoxdur. O zaman ki, günah qəlbə daxil olar, həmişə onunla olar və ona hakim olub, alt-üst edər”.
Həzrət (ə) başqa yerdə buyurur: “O zaman ki, insan günah işlədər, qəlbində qara nöqtə əmələ gələr. Əgər günahına görə tövbə edərsə, həmin qara nöqtə məhv olar. Əgər günahını davam etdirər və onu artırarsa, həmin qara nöqtə də böyüyər. O zamana qədər ki, qəlbinə hakim olar. Bundan sonra heç bir zaman xilas olmayacaqdır”.
Əmirəl-möminin (ə) buyurur: “Göz yaşı qurumaz, məgər qəlb qəsavətindən. Qəlb qəsavət bağlamaz, məgər günahın çoxluğuna görə”.
Odur ki, qəlbimizdə qara nöqtə əmələ gələrsə, dərhal onu tövbə və istiğfarla təmizləyək.
Allah Təala bizləri tövbəkarlardan qərar versin. Deyerler.org
Bu hədis və bashqa Islami maariflər buyurur ki, pisliyi balaca fəsadlarla bashlayaq ki boyuk gunahlara yol acilmish olsun. Gunahi kicik saymaq ona cəsarətlənmək ucun yol verər.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter