Fərəc duası oxuyanda hansı tövsiyələrə diqqət yetirməliyik?


Böyük arif Ayətullah Behcət İmam Zaman (ə.f) haqqında buyurmuşdu: “Həzrət Qaim (ə.f) - ən üstün elmə malikdir. Əzim adlar hamından çox o Həzrətin (ə.f) yanındadır. Hər kəs ki, yuxuda və oyaq vaxtı xidmətində olmuşdur, onlara buyurmuşdu: “Mənim üçün dua edin”. Bəs bu fikirdə olmamalıyıq? Yalvarışla Həzrətin (ə.f) zühuru üçün dua etməməliyik?”.
Ən mühüm dualardan biri – “Fərəc” duasıdır. Fərəc üçün dua etmək - dərdlərimizin dərmanıdır. Hədilsərdə oxuyuruq ki, axəril-zamanda insanların çoxu öləcəkdir, yalnız fərəc üçün dua edənlərdən başqa. “Fərəc” duası sanki bir ümidvarlıqdır, sanki dua sahibi ilə bir rabitə vasitəsidir.
Alimin nəzərinə görə, “Fərəc” duasını oxumaq bu şərtlərlə bir yerdə olmalıdır.
1. Günahlardan tövbə.
Ayətullah Behcət buyurur: “Axəril-zamanda həlak olmamaq üçün ən yaxşı iş - İmam Zamanın (ə.f) fərəc duasıdır. Ancaq o dua ki, bizim bütün əməllərimizə təsir qoyar. Əgər insan bu duada ciddi və doğurçu olarsa, görəcəkləri olacaqdır. Duanı öz şərtləri ilə oxumaq lazımdır. Günahlardan tövbə etmək - bu duanın şərtlərindən biridir. O zamana qədər ki, bizim Qaimlə (ə.f) rabitəmiz möhkəm olmaz, işimiz düzəlməyəcəkdir. Rabitəmizin güclü olması isə nəfsimizi islah etməklədir. Günahı tərk etmək hasil olmaz, məgər o halda ki, şəxs üçün mələkəyə çevrilsin. Özünə nəzarətlə və Allahı yada salmaqla, hər bir halda və hər bir zaman və məkanda, insanların arasında və ya xəlvətdə. Əgər günahlarımızın qarşısını almasaq, halımız İlahi ayələri inkar etmək və istehza etməyə qədər gəlib çatar. O yerə çatar ki, İlahi rəhmətdən ümidsiz olarıq.
Yatan zaman mühasibə edəndə baxaq görək ki, hansı işlərimiz İmam Zamanı (ə.f) razı salmışdır və hansıları narazı?”.
2. Duanı xalis niyyətlə oxumaq.
“Giriftarlıqlardan xilas yolu - xəlvətdə İmam Zamanın (ə.f) “Fərəc” duasını oxumaqdan asılıdır. Nəinki həmişə oxuduğumuz və lağ-lağ etdiyimiz kimi. Bəlkə xalis niyyət və tövbə ilə bir yerdə oxunan dua”.
3. İmama (ə.f) yalvarışla və ağlayaraq təvəssül etmək.
“Bu gün Əhli-beyt (ə) davamçılarının bəlası çoxdur. İslam və müsəlmanlara, xüsusilə də iman əhlinə edilən zülm bıçaq kimi sümüyə dirənmişdir. Xəstəliklər və hadisələr çoxalmışdır. Ona görə də dua edib, yalvarmaq lazımdır. Biz gərək hamıdan istəyək ki, təvəssül etsinlər, dua edib yalvarsınlar. Bəlkə fərəc hasil olar. “Fərəc” duası əgər ümumi fərəcə səbəb olmazsa, dua edən üçün fərəcə səbəb olar. Hədislərin buyurduğu kimi: “Dua edin ki, sizin fərəciniz ondadır””.
4. Zühuru qalan hacətlərdən üstün bilmək.
“Çox təəssüf ki, insanların çoxu Cəmkəran məscidinə öz hacətlərini istəmək üçün gedirlər. Bilmirlər ki, Həzrətin (ə.f) özü onlardan dua etməsini istəmişdir. Hər biri öz şəxsi hacətinin fikrindədir. Ancaq hamısından zəruri olan və mənfəəti hamıya qayıdan Həzrətin (ə.f) fikrində deyildirlər”.
Bir nəfər alimə deyir: “Bu bəndə də İmam Əsrin (ə.f) ziyarətinin müştaqındadır. Həzrət Alidən xahiş edirəm ki, mənim üçün dua edəsəniz ki, bu səadətə nail olum”. Alim cavabında buyurur: “Çoxlu salavat çevirib, müqəddəs varlığına hədiyyə edin. “Fərəc” duasına yaxın olun, Cəmkəran məscidinə çox gedin, namazları əda edin”. Deyerler.org


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter