Quranı əzəbərləmək istəyənlər üçün əməli proqramı necə olmalıdır?
Quranı əzəbərləmək istəyənlər üçün Quran hafizlərinin təcrübəsinə əsaslanaraq, bəzi tövsiyələr verilir. (Tebyan)
1. Qərara almaq.
Bu yolda ata biləcəyimiz ilk addım - ciddi qərara almaq və güclü iradədir. İradənin qüdrəti bu işdə hafizədən daha çox təsirlidir. Ola bilsin ki, bir insanın güclü hafizəsi olmasın. Ancaq iradəsi o qədər güclüdür ki, hafizənin zəifliyini cubran edər. Əgər bu yolda ciddi səy etməsək, Allah bu tofiqi bizə inayət etməz. Bu, Allah yolunda cihada bənzəyər, əgər bir addım atsaq, Allah bizə yol göstərər. “Bizim yolumuzda (öz nəfsi ilə və Bizim düşmənimizlə) cihad edənlərə şübhəsiz, Öz (dərgahımızdakı məqama yetişmək) yollarımızı göstərərik və həqiqətən, Allah yaxşı iş görənlərlədir”. (“Ənkəbut” 69).
Qeyd edək ki, bəziləri iradələrini gücləndirmək üçün bu işi nəzirlə vacib etmək istəyirlər. Misal üçün, nəzir edər ki, hər gün bir ayə əzbərləyəcəkdir. Ancaq bu işin kərahəti vardır. Belə ki, İshaq ibni Əmmar İmam Sadiqə (ə) belə bir sual verir: “Mən özüm üçün vacib etmişəm ki, hər gün iki rükət şükür namazı qılım. Onu səfərdə də yerinə yetirə bilərəmmi?”. İmam (ə) buyurur: “Mən vacib edilməkdən kərahət duyuram”. Dedim: “Allah üçün özümə vacib etməmişəm, bəlkə özümə vacib etmişəm ki, hər gün şükür namazını qılım. Onu tərk edə bilərəmmi?”. Buyurdu: Bəli”.
2. Nizamlı olmaq.
Ciddi qərar nizam olmadan mümkün deyildir. Quran əzbərlənməsində əgər müvəffəq olmaq istəyiriksə, gərək əzbərləməkdə və təkrar etməkdə nizama malik olaq. Gərək proqram üzrə hərəkət edək və heç bir şey bizə mane olmasın.
3. Təkrar.
Quran əzbərləmək - təkrar etmədən mümkün deyildir. Ona görə də xüsusi proqrama malik olmaq lazımdır ki, hər bir hifzdən sonra təkrar da unudulmasın. Təkrarı gərək hafizənin gücü əsasında tənzim edəsən.
4. Qurana müraciət etmək üslubu.
Hafiz Quranı elə əzəbərləməlidir ki, təkrar üçün ona az müraciət etsin. Əgər tez-tez müraciət edərsə, daima ona ehtiyac duyar. Əgər bir ayə yadından çıxıbsa, əvvəl həmin ayəni xatırlamağa çalışsın, hafizəsinə bir qədər təzyiq göstərsin, əgər xatırlamasa, o zaman Qurana baxsın.
5. Münasib zaman və məkandan bəhrələnmək.
Münasib zaman və məkandan bəhrələnmək - əzbərləmək üçün hafizəni gücləndirər. Quranı hizf etmək üçün ən yaxşı zaman - o zamandır ki, insanın ruhu rahat və aram olar. Ən yaxşı yer isə o məkandır ki, pakizə və sakit olar. Təcrübə göstərir ki, insan yorğun olan zaman və ya ruhi iztirab keçirən zaman Quranı əzbərləyə edə bilmir.
6. Hifz zamanı bir Qurandan istifadə etmək.
Hifz edən (əzbərləyən) zaman çalışın ki, ancaq bir Qurandan istifadə edəsiniz. Bu, Quranlarda olan çap fərqinə görədir. Təcrübə göstərir ki, müxtəlif çaplardan istifadə olunan zaman, hafiz əziyyət çəkir. Quran ayələri həmin kitabda necə yazılıbsa, zehinə də o cür həkk olunar.
7. Quran qarilərin diskindən istifadə etmək.
Əgər Quran qarilərinin disklərindən istifadə edərək Quranı əzbərləmək istəyirsinizsə, sizə bu faydaları verər:
- Hafizəni gücləndirər. Bir ayəni təkrar olaraq eşitmək, onu rahat əzbərləməyə səbəb olar. Bundan başqa, insan qarinin xoş avazını eşidən zaman daha çox şövq hiss edir.
- Qiraət düzgün olar. Təcrübə göstərir ki, bəzən Quran ayələri yanlış şəkildə hafizəyə daxil olur, ancaq bu yolla səhv etmədən hifz edə bilər.
- Fürsətdən bəhrələnər. Təkrara bəzən vaxt qalmayan zaman, qarinin səsinə qulaq asmaq - hafizə üçün çox təsirlidir.
Allah Təala bizləri Qurani-Kərimi əzbərləyənlərdən qərar versin. Deyerler.org