Tənbəlliyi yaradan amillər nələrdir?


İslam baxışında bəşər üçün ziyan verici xüsusiyyətlərdən olan tənbəllik insanın həyatında xəsarəti aradan qaldırılmayan bir məsələdir. Hər bir ağıllı insan qəbul edir ki, inkişaf onun daxili tələblərindədir. Və bu inkişafın qarşısını alan tənbəlliyin səbəblərini öyrənmək hamı üçün maraqlı və əsaslı olar, qeyd edirik:
1-Cahillik, elmi və dərki olmaya şəxs bilməz ki, tənbəllik hansı ziyanları verir və onun əksi hansı nəticələr və faydaları bəxş edə bilər.

2-İradənin zəifliyi, iradəsiz insan rahatçılıq arxasında olar və iradə lazımdır ki, insan bu maneənin qarşısında mərdanə dayan bilsin.

3-İnsana heyvani sifətlərin hakim olması, heyvani sifətlər insanın tənbəlləşməsinə çox dərin təsir edən amildir necə ki, insan düşünə ki, işləyib yiyim və yatım bu çox təhlükəli düşüncədir ki, bəzi nsanlar ruhi və mənəvi ehtiyaclarını nəzərə almırlar. Mənəvi tələblər insanın təkcə özünü fikirləşməməsi üçün dərin
məna bəxş edəndir. Necə ki mənəvi düşüncələr insana kömək edir ki, başqlarının haqqında da düşünək və ilahi vəzifələri yerinə yetirməkdə də düşünək.

4-Zehnin kütləşməsi, Elmi baxışları əldə etməyə çalışmamaq və eləcə də insanın daxilində qoyulan istidedları inkişaf etdirməmək və olanı düzgün istiqamətdə işlətməmək insanın tənbəlliyinə və heyvani sifətlərinin qalib gəlməsinə şərait yaradar.

5-Dərk qüvvəsindən düzgün istifadə etməmək, Əqlin xeyir yollarını tanımaqda diqqətsizlik insana tənbəllik gətirər.

6-Övlad və malın çoxluğuna iftixar etmək, Dünya malı və eləcə də həyat yoldaşı və uşaqların çoxluğuna fəxrlənmək insanın əqlının kündləşməsinə səbəb olar, ki, arxeyinliklə güman edər ki, onlar həl edərlər, amma görünər ki, insanı bu tənbəlliyi çıxılmaz vəziyyət yaradar. Hamının çətinliyi həll etməkdə acizliyi insanı çıxılmaz şəraitə yuvarlayar. Hər halda hər bir addım və çətin qarşısında düşünmək və diqqətli olmaz gərəkir.

7-Dünyaya bağlılıq. Bunlara qarşı tədbirli olmaq insanı tənbəllik ruhiyyəsindən və onun ziyanlarından nicat tapmağa şərait yaradar. Dünyaya bağlılıq mənəvi ehtiyac və tələblərə qarşı tənbəlliyə şərait yaradar ki, həqiqi səadət mənəvi ehtiyacların təmin olunması ilə ələ gəlir! (Diqqət)


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter