Sədəqə hansı şərtlərlə düzgün hesab olunur?


Quran ayələrindən və hədislərdən belə nəticəyə gəlmək olar ki, sədəqə vermək - çox əhəmiyyətli və dəyərli bir mövzudur. Ancaq sədəqəni verən şəxs gərək bu sədəqəni Allah rizası üçün versin. Çalışsın ki, yoxsullara minnət qoyaraq və əziyyət verərək bu əməlin dəyərini məhv etməsin. Miqdarı isə mühüm deyildir, insanın gücü nəyə çatırsa, o qədərdir. Sədəqə verən zaman yaxınlarını ilk sıraya salmaq lazımdır.
Amma sədəqənin şəraiti.
Sədəqənin özünəməxsus şəraitləri vardır:
1. Hər şeydən əvvəl sədəqə gərək halal və yaxşı maldan olsun. “Ey iman gətirənlər, kəsb etdiklərinizin və sizin üçün yerdən çıxardığımız şeylərin (tarla və mədən məhsullarının) pak və halallarından (Allah yolunda) xərcləyin və pak olmayan (pis və haram) malı xərcləmək fikrinə düşməyin”. (“Bəqərə” 267).
2. Yaxşı olar ki, sədəqə və infaq gizli olsun. “Əgər (müstəhəb olan) sədəqələri aşkar etsəniz o, yaxşı bir işdir və əgər onu yoxsullara gizli şəkildə versəniz bu, sizin üçün daha yaxşıdır və (Allah) günahlarınızdan təmizləyər. Allah əməllərinizdən xəbərdardır”. (“Bəqərə” 271).
3. Sədəqə və infaq əziyyət və minnətlə olmamalıdır. “Ey iman gətirənlər, sədəqələrinizi malını riyakarlıq və camaata göstərmək məqsədi ilə xərcləyən və Allaha və axirət gününə imanı olmayan şəxs kimi minnət qoymaq və əziyyət verməklə puça çıxarmayın”. (“Bəqərə” 264).
4. Sədəqə və infaq gərək ixlas və xalis niyyətlə olsun. “Mallarını Allahın razılığını qazanmaq və ruhlarını (iman və əməl baxımından) möhkəmləndirmək üçün xərcləyənlər yüksəklikdə yerləşən və leysanın yağması nəticəsində ikiqat meyvə vermiş bağ kimidir”. (“Bəqərə” 265).
5. Sədəqə elə maldan olmalıdır ki, onu sevirik və ona əlaqəmiz vardır. “Sevdiyiniz şeylərdən (Allah yolunda) xərcləməyincə əsla (kamil) yaxşılığa nail ola bilməzsiniz. Allah şübhəsiz ki, (Onun yolunda) xərclədiyiniz hər şeyi biləndir”. (“Ali-İmran” 92).
Sədəqəni imanlı və iffətliyə vermək önəmlidir.
Sual: O kəs ki, əlini insanlara tərə uzadır və dilənçilik yolu ilə dolanır, onun qarşısında bizim vəzifəmiz nədir? Onlara yardım etmək caizdirmi?
Ayətullahul-üzma Seyyid Əli Xameneyi: Çalışın ki, sədəqəni imanlı və iffətli dilənçiyə verəsəniz.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter