Hansı əməllərdir ki, evlərin bərəkətini məhv edir?
Günahların hər növü bəşərin həyatında fəsad edici sonuclar yaradır. Amma bütün insanlar üçün maraqlıdır ki, aya hansı əməllər edirik ki, həyatımızda və çalışqan ailəmizdə ruzinin bərəkəti yoxdur ki, yoxdur?! Bunun cavabını Əli (ə) 4 əməldə olduğunu buyurur:
\"Dörd əməl var ki, daxil olmaz heç bir evə (daxil olanda da) evlədi xarab edər və onun bərəkəti düzələn deyil (ibarətdirlər):
1-Xəyanət etmək, başqasına xəyanət edilsə bu dünyanın quruluşu belədir ki, ona qarşı da həmin rəftar təkrar olunar. Xəyanət insanın həyatında haram malla halal ruzini də aparar.
2-Oğruluq, başqaasının malına göz tikənin malında gözlər olar, Allahın sünnətidir ki, bu dünyada etdiklərindən eynisi ilə üzləşərsən.
3-İçkinin içilməsi, İçki bütün şərlərin açarıdır. Yəni içkili insanın hərəkət və yolları səhvlə başlayar və səhvlə də qurtarar belə halda necə gözləyirik ki, evlərdə xoşluq və bərəkət davamlı olaraq qalsın!
4-Zina (Allahın razılığı olmayan evlənmələr). Zİna insanın Allahın qəzəbi ilə üzləşdirər, və necə olar ki, qəzəbli Allahdan bərəkət gözlənilsin! Allahın qəzəbi yəni evlərin xoşluğunun amili və bərəkətlərin mənbəyi.
Allah bütün müsəlmanları və xüsusən də möminləri bu dörd bəladan uzaq saxlasın ki, həyatı, ailəsi və xüsusən də ən dəyərli olan ömrü bərəkət və rəhmətdən uzaq düşməsin. Amin.