Hansı əsaslara görə dinə bağlı olmaq lazımdır?


İnsan kamil bir məxluqdur və bu xilqətinin tərkibi onun maddi görünüşü və mənəvi əsaslarıdır ki, ruhu onunla yaşayır. bəzən insanlara bu sual maraqlıdır ki, aya niyə bəzi insanlar çətinlikdə və şübhədə qalırlar ki, maddi həyatda çoxlu çətinliklər həll olunmur?! Bu düşüncələrin cavabı ondandır ki, dinə bağlı olmaq gərəkir ki, maddi həyatın əsasını təşkil edən mənəvi dəyərləri ki, heç kim onu danımır onu təmin etsin. Mənəvi dəyərlər nələrdir ki, insanlar onun arxasındadır? Bu 4 zərurətə görə dinə bağlı olurur ki, mənəvi boşluqların boşluğu həll olunsun. 4 zərurət ki, tələb edir insanlar gərək məxsus dinə tabe olmalıdırlar:

1- Din insanın həyatına məna bəxş edəndir, İnsanın həyatı mənəvi dəyərsiz heç vaxt kamil olmur və şahidik ki, hər zamanda bütün ağılla dinsiz həyatı təsəvvür edə bilməmişlər. Və həyatlarının mənəvi ehtiyaclarını təmin etmək üçün ya Xristian, ya yəhudi və ya müsəlman olmnuşlar. Hansı din kamil və düzgün olması haqda başqa bəhslər etmək gərəkir ki, bu bəhsimizdən müstəqil söhbət olduğunu üçün başqa suallara diqqət etməyi qeyd edilmiş müraciət etməyi məsləhət olunur.

2-İnsanların həyatında maddi çətinliklərin inamları əsasında yüngül və təhəmmülü asan olması, İNsan həyatında bu qaçılmaz bir fitri məsələdir ki, insanlar maddi müvəqqəti çətinliklərin həllində inamları önə çəkmişlər, misal üçün vətən dəyəri, qeyrət dəyəri, və din dəyəri ki, din bütün bu dəyərləri kamil şəkildə bəyan etmişdir, din insanı bütün çətinliklər qarşısında müqavimətli edir.

3-Ədalətin icrası üçün, Bəşəriyyət tarixində bu qəbul olunur ki, bəşər zülmü qəbul etmir, ədalət hamı üçün sevimli bir meyar olmuşdur. Dindir ki, insanın maddi və mənəvi ehtiyac və tələblərini nəzərə alaraq ən kamil qanun olaraq ən düzgün və kamil ədaləti önə sürür.

4-Dinin əxlaqi dəyərləri qoruması və eləcə də əldə edilmiş əxlaqi dəyərlərin kamilləşməsi üçün. Din və xüsusən də İslam dini sübut etmişdir və israr edir ki, insan bəndəlik edəndə əxlaqı dəyərlərə yönəlsin və eləcə də tapdığı əxlaqi xüsusiyyətləri düzgün və kamil förmada əldə etsin və həyatının rahatlığı üçün işlək etsin.

Bu dörd səbəblərə baxaraq görürük ki, nəticədə bəşər həqiqi və mənalı həyata nail olmaq istəyirsə gərək dini həyatının əsas ölçü və meyarı seçsin çünki ondan başqa hər qanunda nöqsan var. Dinin qanunlarından kamil qanunlar təsəvvür olunsaydı YAradan Allah din göndərməzdi çünki onun hikməti ilə uyğun olmaz. Eləcədə də insanlar mənasız başqalarına tabe olazdılar.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter