Hansı dəlillərə əsasən cəmiyyətdə hicab olmalıdır?


İslam dini müsəlmanlar bunu tələb edir ki, hər bir söz və əməlləri çərçivə içində olsun çünki məqsədyönlü yaşamaq insanın yaradılışının hədəfidir. Qanunsuzluq və öz başnalıq insanın bədbəxtçiliyinin əsas amilidir. Buna əsasən Allah bütün müsəlman qadınlar üçün hicab və cəmiyyətdə öz gözlliklərini örtməyi əmr edir ki, fəsad törədən nəticələrin qarşısını alsın. Amma bir sual irəli sürmək mümkündür ki, hicabdan istifadə etməyin fəlsəfəsi nələrdə gizlənmişdir. İslam maarifinə diqqət yetirdikdə 4 əsas fəlsəfə hicabdan istifadə haqda deyilir:
1-Bütün kişi və qadınların borcudur ki, cəmiyyətdə başqalarının namusuna qarşı tamahkarlıqdan uzaq dursunlar. Buna diqət yetirmək lazımdır ki, başqasının namusuna toxunan şəxs cahildir, onun da namusu var və Allah eləməmiş onun namusuna qarşı da belə bir xoşgəlməz hərəkət oluna bilər.

2-Bütün müsəlmanların borcudur ki, iffət və namuslarına qarşı qeyrətli olsunlar, və fəsad yaradan şəraitdən yan gəzsinlər, Yəni qeyrətli mömin qardaşlar ki, arzulayırlar ki, onların namusuna qarşı pis baxışlar olunmasın gərək diqqət etsinlər ki, təhrik edici əyin-başla xanım, ana və bacıları cəmiyyət içində dolaşmasınlar.

3-Qadınlar gərək gözəlliklərini gizlətsinlər ki, naməhrəm kişilərin diqqətlərini özlərinə cəlb etməsinlər, Hər bir iffətli xanım gərək cəmiyyətdə elə bir tərzdə rəftar və hərəkət etsin ki, təhrik edici olmasın.

4-Hicab qadınlar və müsəlman cəmiyyəti üçün müəyyən bir əqidə və yolun davamçılığının əlamətidir. Hər bir şəxsin şəxsiyyət və mənliyi onun rəftar və dediklər ilə müəyyən oluna bilər. Necə ki, deyilir dostunu de tanıyım səni. İnsanın geyimi də onun cəmiyyətdə dəyərinin və fikrini nə olduğunun nişanəsidir. Hicab da xanımların İslami və möminlik əlamətidir. Buna görə gərəkər və xanımlar üçün layiqli bir hərəkətdir ki, hicabı örtməklə özlərini həqiqi müsəlman kimi cəmiyyətə tanıtdırsınlar.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter