Arzulara çatmağın 4 yolu nələrdir?
Qurani-Kərim bizlərə arzularımıza çatmaq üçün 4 yol tövsiyə edir.
1. Ümid.
Allah bəndələrinə istəklərinə çatmaq üçün ümid yolunu tövsiyə edir. Allah Təala buyurur ki, gərək bəndə hər bir halda ümidvar olsun. Heç bir zaman İlahi rəhmətdən ümidsiz olmasın. Çünki ümid insanın kamala doğru hərəkət amilidir. O zamana qədər ki, insan ümidsiz olar, təkamülə tərəf hərəkət etməz. Quran buyurur ki, ümid insan ruhiyyəsini elə tərbiyə edir ki, çətinliklər onun üçün asan görünür. İnsan bir əməl görən zaman stimula malik olmalıdır. Əməl və iş hər nə qədər çətin olarsa, gərək insan ondan daha çox nəticələr və bəhrələr əldə edəcəyinə ümid bəsləyərək, bu işə qalxsın.
“Buna görə də kimin öz Rəbbi ilə görüşə ümidi varsa, gərək yaxşı iş görsün və ibadətdə heç kəsi öz Rəbbinə şərik qoşmasın”. (“Kəhf” 110).
Ümid insanda elə bir rahatlıq hissi meydana gətirər ki, insan hədəfinə çatmaq üçün daha yaxşı yollar tapar. (Tebyan saytına istinadən)
2. Təvəkkül.
İkinci həll yolu - təvəkküldür. Din insanda təvəkkül hissini yaradır. Biz müsəlmanlara öyrədir ki, bütün işlərimizdə Allaha təvəkkül etməyi bacaraq. İslam dini bu yolla insana elə bir dayaq qərar verir ki, Quran kitabında Qadir, Əziz, Qahir... adları ilə məşhurdur. O kəsdir ki, hər bir qeyri-mümkünü mümkün edər. “Əgər imanınız varsa yalnız Allaha təvəkkül edin”. (“Maidə” 23).
“Kim Allaha təvəkkül etsə, O ona kifayət edər”. (“Təlaq” 3).
3. Təfəkkür.
Sonrakı yol - sağlam təfəkkürdür. Quran buyurur: “O kəslər ki, ayaq üstə, oturduqları halda və böyürləri üstə (yatdıqları halda) Allahı yadlarına salır, göylərin və yerin yaradılışı(nın sirləri) barəsində fikirləşir (və qəlbləri və ya həm qəlb, həm də dilləri ilə deyir)lər: «Ey Rəbbimiz, bunu (bu əzəmətli aləmi) boş yerə yaratmamısan! Sən (faydasız və puç işlərdən) pak (və uzaq)san (və bütün bunlar mütləq ali məqsəd, yəni ağıl sahibləri üçün vəzifələr müəyyənləşdirmək və dünyada savab və əzaba layiq olmaq və onların axirətdə gerçəkləşməsi üçündür). Odur ki, bizi odun əzabından qoru»”. (“Ali-İmran” 191). Təfəkkür insanın arzusu ilə olan fasiləsini qısaldar. Ona bu arzusuna çatmaq üçün ən qısa və ən düzgün yolu göstərər.
4. Dua.
Allah Təala Özü ilə bəndələrinin rabitəsinə çox əhəmiyyət verir. Onları davamalı olaraq dua etməyə dəvət edir. Baxmayaraq ki, hər bir insanın qəlbində olandan agahdır, ancaq bəndələrinə olan əlaqəsi və sevgisi o qədər şiddətlidir ki, istəyir ki, bəndələri Onunla söhbət etsinlər. İstəklərini Allaha bildirsinlər. “Əgər dualarınız olmasaydı, mənim Pərvərdigarım sizə etina etməzdi”. (“Furqan” 77).
Bunu da qeyd etmək lazımdır ki, əgər insan bir şeyi istəməsə, həmin işi görməyəcəkdir. Bu bizik ki, gərək arzularımız üçün hərəkət edək.
Allah Təala bizləri düzgün arzusu olanlardan və bu arzuyz düzgün yollarla nail olanlardan qərar versin. Deyerler.org