Elmi məsələləri asan öyrənmək üçün hansı yollar tövsiyə olunur?


Elmli olmaq bütün kamillik arxasında olan insanların arzusudur. Amma öyrənmək düzgün yollarla baş verməsə cahillikdə daha dərin yollara düşməyə səbəb olar. Çünki cahilikdən əlavə şübhələr də insanın yolunu azmağa daha çox səbəb olar. Elmi məsələləri düzgün və asan əldə etmək üçün yollar bunlardır:
1-Geniş elmi məsələləri bölmə-bölmə başa düşüb, öyrənmək, uzun elmi məsələlər qısa bir zamanda və hamısı eyni zamanda öyrənmək mümkün olmayan bir məsələ olur.

2-Hər bir şeyi öyrənəndə onun özünü düzgün təsəvvür edib sonra elmini öyrənməyə üz gətirmək, sualın özünü (məsələnin özünü) dəqiq başa düşək ki, sonra onun haqqında hansı baxış düzgündür ələ gətirmək mümkün olar.

3-Öyrənmək istənilən hər bir şeyin zahiri mənasını nəzərə alandan əlavə daxili istəyini və mənasını başa düşməyin zəruriliyi, hər bir cümlənin zahiri tələbindən əlavə məfhumu da olmalıdır ki, hikmətli söz olsun. necə ki, deyilir ədalətli ol, yəni zülm etmək düzgün deyil.

4-Elmi məsələləri hansı yerdə və kimdən öyrəndiyinə də diqqət etsin, Kimdən öyrəndiyi yadda saxla ki, elmi təhsli davam edən zamanda başqasından öyrəndə müqayisə edə biləsən, Ustadın elmi dərəcəsi məsələnin dəqiqi olmasının əlamətidir.

5-Keçmişdə öyrəndiklərini təkrarlasın, təkrar, insanın inkişafına və elminin təzə məsələlərə yol açmasına səbəb olar.

6-Zehində mətləbləri bir-birinə aid düzəltməyə diqqət yetirmək, hər bir məsələni başqa bir məsələlərlə aidləşdirmək onun nəticəli elmi məsələ olmasına şərait yaradacaq.

7-Oxunan hər bir məsələ haqqında sual və şübhə yaratmaqla cavabını ələ gələn mətləblərdən tapmaq, sual verib cavablandırmaq məsələ və elmi baxışın tez yadda qalmasına səbəb olar.

8-Öyrəncilik zamanında qüvvəsinə inanmasının zərurliyi, və hər bir şeyi öyrənməyin mümkünlüyünü düşünmək, iradəsinə və qüvvəsinə inanan şəxs heç zaman özünündən zəif bir şeyləri öyrənməkdə çətinlik çəkməz,

9-Hər elmi mövzu haqqında yavaş-yavaş öyrəncilik etməyin gərəkliyi, tez bir zamanda hər bir şey haqqında haqqı tez tapmaq axtarmadan mümkün deyil. Addım addım sonuca və hədəfə çatmaq ağıllı şəxslərin yollarındandır.

İmam Sadiq (ə) buyurur: üç əməl insanın yaddaşlığın qarşısını alan səbəb olur:
1-Quranı oxumaq, (Quranda düşünmək insanın səadət gətirən elmin əldə olunmasına şərait yaradar.
2-Oruc tutmaq, insanın düşünməsinə və ilahi nemətləri yada saxlmağa səbəb olar. Ən böyük nemət də insanın haqq elmi öyrənməsi ilə əldə olunar.
3-Dişi fırçalamaq. dişi fırçalamaq sevinclik yaradar və şadlıq insanın xeyir öyrənməyə həvəsləndirər, ən xeyir əməl də savadlı olmaqdır ki, hamının baxışında bu haqda eyni baxış var.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter