Tövbəmizi sındırmamaq üçün hansı əməlləri edək?


Tövbə yəni söz vermək. Hər bir ağıllı insan inanır ki, verilən sözə əməl etmək insanın şəxsiyyətinin və vicdanının tələbidir. İnsanın sözünə əməl etməsi onun hörmətini saxlaması deməkdir. Din təlimlərində tövbəni sındırmamaq üçün necə əməllər tövsiyə edilmişdir:
1-Gunah məclislərində iştirak etməmək və günah yaşayışından uzaq durmaq,

2-Tövbə edən şəxs günaha salan dostlarını dəyişməsi gərəkir, yəni onlardan əlaqəni azaltmaq.

3-Günah fikrinə düşəndə Allahın zikrini dildən və qəblindən əksik etməmək,

4-Günahın zayanverici və bədbəxt edici nəticələri haqda düşünmək,

5-Keçmişdə günahkarların həyatında əzabları haqqında məlumat əldə etmək və düşünmək, ki əgər günahlara davam etsə onlar kimi Allah əzabına düçar olar,

6-Hər bir günahlar haqqında İslam maarifində nə əzablar deyilmişdir onlar haqda düşünmək, eləcə də tövbəkarın yaxşı sonucu haqqında düşünmək,

7-Gündəlik yaşayış fürsətlərini müəyyən olunmuş çərçivədə qərar vermək, yəni gununun saatlarını Allah bəndəliyi, yaxşı işlərə və ailəsi ilə birlikdə tərbiyə məqsədli ilə ölçülmüş etmək, zamanı boş buraxmaq onu zay etmək və ya pis işlər görməyə şərait yarada bilər.
Hər bir edilən əməl haqqında fikir etmək ağıllı insanın əlamətidir, onun ziyanları və xeyirləri haqqında düşünməklə düzgün yolda hərəkət etmək mümkündür. Günahları sonucu insanın yolunu azıb Allahdan uzaqlaşmağa səbəb olur, Tövbə edib Allaha bəndəliyi artırmaq insanın sevincinə dünya və axirətdə xoşbəxt edən səbəbdir. İşi görmək asandır amma davamlı saxlamaq düzdür çətindir, Amma Allaha təvəkkül və söykənməklə tövbəni sındırmaqdan amanda qalar.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter