Hansı hallarda sirri aşkar etməyə icazə verilir?
Hər bir insanın bu dünyada istəsə də, istməsə də sirri vardır. Onu başqalarından saxlamağa səy edər. Bu sirlərin bəzisi özünə aiddir və bəzisi isə ailəsinə və cəmiyyətə aiddir. İnsan bu sirləri ona görə hifz edir ki, düşməni ondan sui-istifadə etməsin. Axı düşmənlər ondan öz mənafelərinə görə istifadə edə bilərlər. Ona görə də sirri saxlamaq - əxlaq fəzilətlərindən sayılır. (Tebyan)
Siri saxlamağı gərək Uca Allahdan öyrənək. Allah hamıdan çox bəndələrinin sirlərindən xəbərdardır. Ancaq O, hamıdan daha çox sirri saxlayan və ifşa etməyəndir. Əgər Allah bu sirləri ifşa etsəydi, insanların abrı gedərdi.
İnsan hamıdan daha çox öz sirlərini özü hifz edə bilir. İnsanların bir çoxu dillərinə hakim olduğu üçün, sirlərini saxlaya bilirlər. İnsan gərək bilsin ki, nə deyir və kimə deyir. Məgər hamı onun dediklərini eşitməyə layiqdirmi? Ola bilsin ki, digər insan bu sirri eşitsin, ancaq düşmənçilikdən deyil, bəlkə maraq üzündən onu başqasına desin. Ona görə də insan gərək sirrini heç kəsə deməsin. Bu düzdür ki, insan sirri deyən zaman rahatlanar və ruhu yüngülləşər, ona görə də insan üçün ən yaxşı sirdaş - Allahdır.
Sirri 6 halda ifşa etmək olar.
1. Məhkəmədə.
İnsan bəzən başqaları tərəfindən zülmə məruz qalır və məhkəmədə çarəsiz halda bu zülmü səlahiyyətli şəxslərə xəbər verməlidir ki, həmin mövzuya baxsınlar və qarşısını alsınlar. Quran bu haqda buyurur: “Allah zülmə məruz qalmış şəxs istisna olmaqla (qeybət etmək, böhtan demək, pisləmək, söz gəzdirmək və qarğış etmək kimi) pis sözlərin aşkar və ucadan deyilməsini sevmir”. (“Nisa” 148).
2. Münkəri nəhy edəndə.
Əgər insan münkərdən xəbərdar olsa və bilsə ki, əgər bir iş görməsə, bu günah adət halını alacaqdır və onun ziyanı ümumi insanlara qayıdacaqdır. Və əgər özü tək halda onun qarşısını ala bilməzsə və çarəsiz insanlardan yardım almalı olacaqsa, belə halda gərək cinayətkarı ifşa etsin. Baxmayaraq ki, insanlar onun sirrindən xəbərdar olsa belə.
3. Təhlükənin qarşısını almaq üçün.
Hərçənd bir insanın sirrini ifşa etmək onun ziyanına sona çata bilər. Ancaq o yerdə ki, bu təhlükədən də böyük bir ziyan olarsa, sükut etmək caiz deyildir. Bu təhlükənin qarşısını almaq üçün həmin sirri ifşa etmək lazımdır. Xüsusilə də o yerdə ki, din və insanlar təhlükədə olar.
4. Ziyan vura biləcək adam barədə məsləhət zamanı.
O kəs ki, bir müəssisədə könüllü xidmət etmək istəyən zaman ona bəzi suallar verərlər. Həmçinin ona elə şəxs haqqında sual verərlər ki, bu şəxs dinə ziyan vurar, bu zaman həmin şəxsin sirlərini ifşa edə bilər. Həzrət Peyğəmbər (s) buyurur: “Bir əxlaqsız haqqında bildiklərinizi söyləməkdən çəkinirsiniz ki, insanlar onu tanıyar? Onun eybini insanlara danışın ki, ondan çəkinsinlər və ehtiyatlı olsunlar”.
5. Cəza təyin edilən zaman.
O zaman ki, cəza təyin edilər, sirr saxlamağın yeri yoxdur. Əlbəttə, bu insanın sözünü dörd şahid də isbat etməlidir.
6. Aşkar fasiqin.
O kəs ki, açıq şəkildə günah edər və insanlar ona hörmət etməz və onun haqqında pis danışmaq qeybət sayılmaz, bu insanın sirrini ifşa etmək caizdir. Həzrət Peyğəmbər (s) buyurur: “Üç nəfər üçün sirrini saxlamağın hörməti yoxdur: bidət edən şəxs, havapərəst, zalım və fasiq rəhbər ki, fasiqliyini aşkar edər”.
Allah Təala bizləri əmanətdarlardan qərar versin. Deyerler.org